Cərrah əməliyyat zamanı “TikTok“da canlı açdı - VİDEO
Qaçırılan 10-cu sinif şagirdi ailəsinə qaytarıldı
YAP Mərkəzi Aparatında müşavirə keçirilib
Ceyhun Bayramov Maka Boçorişvili ilə görüşdü
Bu xəritəyə diqqətlə baxın, azərbaycanlılar...
“Bəyaz”da saxta içkilər aşkarlandı
Britaniya və Fransa Ukraynaya qoşun yeridir?
Rafael Ağayev vəzifəsindən istefa verəcək -VİDEO
Sürücülər gün ərzində ən çox hansı qaydaları pozur?
Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi


03.06.2017  13:04 

Son iki gündə qətliam - 120 sivil öldürülüb





A+  A-

İŞİD terror təşkilatı Mosulda son iki gündə 120-yə yaxın sivil vətəndaşı qətlə yetirib.
XəzərNews.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq Operativ Müdaxilə Qüvvələrinin rəsmisi Darqam əl-Heydəri məlumat verib.

Onun sözlərinə görə, terrorçular şəhərdəki atışmalardan qaçan əhalini atəşə tutublar. Zəncili məhəlləsində son iki gündə 120 dinc sakinin cəsədi tapılıb.

Əl-Heydəri 70-i qadın və uşaq olmaqla 150-dən çox insanı atışma bölgəsindən təxliyyə edə bildiklərini də söyləyib:

“Hazırda Zəncili bölgəsinin 40 faizi terrorçulardan alınıb. Sivillərin təxliyyə edilməsi üçün təhlükəsizlik koridorları yaradırıq”.

Qeyd edək ki, Mosulun İŞİD-dən alınması üçün əməliyyatlar ötən ilin 17 noyabrında şəhərin şərq hissəsində başlayıb. Şərq hissə tamamilə azad edildikdən sonra bu ilin 19 fevralında qərb hissəsin alınması üçün əməliyyatlara start verilib.

İraq ordusu 1 həftədir Zəncili, Şəfa, Sahha və əl-Ula bölgəsini terrorçulardan almaq üçün əməliyyatlar keçirir.

Xəbər 1375 dəfə oxunub.




15.01.2025  22:36 

Gəncədə piyadanı avtomobil vurub

15.01.2025  21:07 

Çimnaz Sultanova vəfat edib


BÜTÜN XƏBƏRLƏR +