Fərid Qayıbovla bağlı nə baş verir?
Ukraynaya 10 milyardlıq yardım hazırlanır
17 milyon manata satılan villa kimindir?
Əli Əsədov Məsud Pezeşkianla görüşdü
Putin və Tramp nə zaman görüşür?
Dmitriev: “Güzəştlərdən danışmaq tezdir”
Putin Zelenski ilə danışıqlara hazırdır
Premyer Liqada 23-cü tur - Öyrəndik ki...
Ən çox vergi ödəyən texnoloji şirkətlər hansılardır?
Milyonlarla borcu olan biznesmen kimdir?


16.01.2025  15:31 

Sürücülər gün ərzində ən çox hansı qaydaları pozur?





A+  A-

Təhlükəsizlik kəmərinin taxılmaması və sükan arxasında telefon istifadəsi ən çox yayılan və eyni zamanda ən təhlükəli yol qaydası pozuntularındandır. Hər iki pozuntu sürücünün və sərnişinlərin həyatını ciddi təhlükə altına salır və ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Bu qaydalara riayət etmənin əhəmiyyəti həm hüquqi, həm də praktiki baxımdan çox böyükdür.

Baş DYP İdarəsinin inspektoru, polis baş leytenantı Elvin Hacıyev “Baku.ws”ə bildirib ki, təhlükəsizlik kəməri bizi həyata bağlayan bağdır, yəni təhlükəsizlik kəməri bu gün də sürücü və sərnişinləri qoruyan əsas vasitələrdən biridir:

"Dəfələrlə təsdiq olunub ki, yol nəqliyyat hadisələrində təhlükəsizlik kəmərindən istifadə edən sürücü və ya sərnişinlər kəmərdən istifadə etməyənlərə nisbətən daha yüngül xəsarət alır. Bir çox hallarda isə onlar məhz kəməri bağladıqları üçün sağ qalır. Ona görə də mütləq şəkildə qeyd etməliyəm ki, sükan arxasında əyləşən hər bir sürücü təhlükəsiz kəmərindən istifadə etməlidir.

Əgər təhlükəsiz kəmərindən istifadə etmirsə, demək ki, qaydalara qeyri-ciddi yanaşır, öz həyat və sağlamlığını təhlükə altına atır. İstifadə olunmadığı halda həmin qayda pozuntusuna görə 40 manat məbləğində cərimə tətbiq olunur.

Baş Dövlət Yol Polisi İdarəsi olaraq sürücülərə müraciətimizi ünvanlayırıq ki, nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıran hərəkətlərdən istifadə etməsinlər, yəni mobil telefondan istifadə etməsinlər. Çünki mobil telefondan istifadə edildiyi zaman sürücü mütləq şəkildə diqqəti yayınır və bu da yol nəqliyyat hadisəsinin baş verməsinə gətirib çıxarır.

Biz bununla bağlı öz müraciətimizi dəfələrlə sosial şəbəkə seqmentləri və media subyektləri vasitəsilə sürücülərə ünvanlayırıq. Lakin təəssüflə bildirim ki, xəbərdarlıqlara və görülən tədbirlərə baxmayaraq, bəzi sürücülərin qaydalara biganə və qeyri ciddi yanaşması, mobil telefon istifadə etməsi səbəbindən nəqliyyat vasitəsini idarə edərkən qəzalar qeyd alınır. Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün mobil telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulub.

Burada əsas məsələ sürücünün cərimə olunması deyil, onun qaydalara riayət etməsi, həyat və sağlamlığının təhlükəsizliyinə biganə yanaşmamasıdır".

Xəbər 2068 dəfə oxunub.




18.02.2025  15:37 

Ərdoğan Zelenski ilə görüşüb

18.02.2025  15:37 

UNEC-ə hücum olundu


BÜTÜN XƏBƏRLƏR +