Zelenski Marko Rubionu Ukraynaya çağırdı
Poltavada ölənlərin sayı 14 nəfərə çatıb
Bakı və Tehran arasında razılıq əldə olundu -FOTO
Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var


31.05.2023  16:31 

“Büdcəni talayanlar milli burjuaziya sayıla bilməz“





A+  A-

"Miss Azərbaycan-2017"nin qalibi, aparıcı-model Razi Əliyevanın döyülməsi ölkədə böyük səs-küyə səbəb olub.

Fiziki şiddətlə yanaşı, modelin ailəli biri ilə münasibətdə olması, dəbdəbəli həyat sürməsi də müzakirə yaradıb.

Tez-tez efirə çıxan, sosial şəbəkədə geniş izləyici kütləsi olan tanınmışlara qarşı fiziki zorakılıq pislənilsə də, onların bəzi davranışlarının gənclərə mənfi təsir göstərdiyi ilə bağlı fikirlər də səslənir.

XəzərNews.az xəbər verir ki, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə də Bakupost.az -a açıqlamasında modelə qarşı şiddəti qınayıb:

“Razi Əliyevanı şəxsən tanımıram. Motivindən asılı olmayaraq, bütün zorakılıq hallarını qınayıram. Səbəb nə olursa-olsun, heç kimin zorakılığa əl atmağa, bir qadını vəhşicəsinə döyməyə haqqı yoxdur. Biz hüquqi dövlətdə yaşayırıq. Əminəm ki, zorakılığa yol vermiş şəxs qanun qarşısında cavab vərəcək”.

Onun sözlərinə görə, Razi Əliyevanın davranışları da gənclər üçün yaxşı nümunə deyil:

“Onun Azərbaycan cəmiyyəti üçün etalon olduğunu düşünmürəm. Vitrində olsalar da, yaxşı nümunə deyil. İnsanın dəbdəbəli həyat təzrini hər fürsətdə gözə soxması onun mənəvi kasadlığından xəbər verir. Təəssüf ki, Azərbaycanda milli burjuaziya formalaşmayıb. Bu proses çox ləng gedir. Ordan-burdan 5 manat oğurlayanlar, büdcəni talayanlar milli burjuaziya sayıla bilməz. Bu adamlar asan yolla pul qazandıqları üçün onun qədrini bilmirlər. Azərbaycanda bəzi kişilər varlanan kimi məşuqə saxlamağa can atır, ya da lazımsız işlərlə məşğul olur. Məsələn, itinə toy edir. Bu cür mənfi tendensiyalar gənclərimiz üçün pis nümunədir və təbliğ olunmamalıdır”.

Xəbər 853 dəfə oxunub.




02.02.2025  14:24 

Azərbaycanda baş katib vəfat etdi

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +