Hikmət Hacıyev Londonda görüşlər keçirib
Azərbaycan Fransadan nə tələb edir?
Tusk Maska cavab verdi: Təkəbbürlük etmə
Natiq Həsənov aparat rəhbəri təyin edildi
“Vedi Construction”un külli miqdarda vergi borcu var
Müəllimlərə “hinduşkabaş” deyən direktordan xəbər var
Milli Məclis İsveç parlamentinin bəyanatını rədd etdi
III Çarlz Kanadanı müdafiə edəckmi?
USAID proqramlarının 83%-i rəsmən bağlandı – Rubio
İş adamı gecə qəzasında öldü


01.02.2025  12:09 

“Nimesil“in satışı qadağan edildi: Əks təsirləri nədir?





A+  A-

Bəzi xarici kütləvi informasiya vasitələrinin məlumatına görə, ABŞ-də və Avropa ölkələrində "Nimesil" dərman vasitəsi qadağan olunub. Qadağanın səbəbi bu dərmanın yaratdığı çoxsaylı yan təsirlər və fəsadlarla bağlıdır.

XəzərNews.az Sfera.az-a istinadən bu dərman haqqında araşdırmasını təqdim edir:

“Nimesil” dərmanının tərkibindəki nimesulid maddəsi selikli qişanı zədələyir, mədənin divarlarını əridir, toksiklik dərəcəsi yuxarı olduğu üçün qaraciyəri dağıdır, mədədə yanma hissi yaradır, bəzən isə qanaxmaya səbəb olur.Mədə və bağırsağın selikli qişasının zədələnməsi isə iltihab, xora və qanama kimi hallara səbəb ola bilər. Həmçinin uzun müddət istifadə edildikdə qaraciyər və böyrək funksiyalarına mənfi təsir göstərə bilər. Yüksək qan təzyiqi, ürək çatışmazlığı və damar problemləri riskini artıra bilər. Qaşınma, dəri səpgiləri və nadir hallarda anafilaktik şok kimi reaksiyalar yarana bilər. Nəfəs darlığı və asqırma kimi simptomlar müşahidə edilə bilər.

Xüsusilə uşaqlarda və böyrək çatışmazlığı olan şəxslərdə “Nimesil”in istifadəsi tövsiyə edilmir. Uşaqlarda qaraciyər zədələnməsi və mədə-bağırsaq problemləri riski daha yüksəkdir. Uşaqlarda "Nimesil" qəbul edildikdən sonra başgicəllənmə, yuxululuq və digər sinir sistemi pozğunluqları baş verə bilər. Böyüklər bu dərmanı yalnız həkim təyinatı ilə və qısa müddət ərzində qəbul etməlidirlər. Dərmanı qəbul edərkən hər hansı mənfi təsirlər müşahidə olunarsa, dərhal həkimə müraciət etmək vacibdir.

Nimesulid tərkibli dərmanların istifadəsi müxtəlif ölkələrdə fərqli şəkildə tənzimlənir. Bəzi ölkələrdə bu dərmanlar qadağan edilib və ya istifadəsi məhdudlaşdırılıb, digərlərində isə müəyyən şərtlər altında istifadəsinə icazə verilir.

Nimesulid Avstriya, Belçika, Finlandiya, Fransa, Yunanıstan, İrlandiya, İtaliya, Lüksemburq, Portuqaliya və İspaniya kimi ölkələrdə milli səviyyədə təsdiqlənib. Bununla belə, bəzi ölkələrdə qaraciyər zədələnməsi ilə bağlı narahatlıqlar səbəbindən istifadəsi məhdudlaşdırılıb və ya satışı qadağan edilib.

Hindistanda “Nimesil” istifadəsi ilə bağlı narahatlıqlar mövcuddur. Uşaqlarda istifadəsi ilə bağlı xüsusilə ehtiyatlı olmaq tövsiyə edilir və bəzi tibb mütəxəssisləri uşaqlarda istifadəsinin dayandırılmasını təklif edirlər.

İsveçrə, İspaniya, İrlandiya, Finlandiya və ABŞ-də nimesulid tərkibli dərmanlar qaraciyər zədələnməsi və digər ciddi yan təsirlərlə bağlı narahatlıqlar səbəbindən bazardan çıxarılıb və ya istifadəsi qadağan edilib.

Azərbaycanda da populyarlıq qazanan bu dərmana həddindən artıq təlabat var.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycan Səhiyyə Nazirliyi (SN) müxtəlif adda olan 844 seriya nömrəli dərmanların dövriyyəsini qadağan edib. Onların sırasında Berlin-Chemie (Polşa) istehsalı olan “Nimesil 2q №30 bağlama” və “Nimesil 100mq №30 bağlama”, həmçinin, Berlin-Chemie Menarini (Almaniya) istehsalı olan “”Nimesil 2q qranul №30 paket” dərmanları yer alır. Polşa istehsalı olanlar satışda olmasa da, Almaniya istehsalı “Nimesil” dərman vasitəsi hazırda apteklərdə mövcuddur.

Xəbər 4293 dəfə oxunub.



10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu

10.03.2025  11:59 

İş adamı gecə qəzasında öldü

10.03.2025  10:42 

Samarada Neft Emalı Zavodu vuruldu

09.03.2025  17:40 

Leyla və Arzu Əliyevalar sərgidə

09.03.2025  17:35 

DİN vətəndaşlara müraciət edib

09.03.2025  11:33 

Rafael Qetjiyə yenə məğlub oldu


BÜTÜN XƏBƏRLƏR +