Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO


05.06.2024  14:34 

Azərbaycan Avropanın kitabını yenidən yazdı- Ermənistan müharibəni bu halda uda bilərdi...- SENSASİON YAZI





A+  A-

Mərkəzi ofisi Vaşinqtonda yerləşən “Vox Media” qrupuna məxsus olan “vox.com” saytında 44 günlük müharibə ilə bağlı maraqlı bir yazı gedib. “The overlooked conflict that altered the nature of war in the 21st century” ( XXI əsrdə müharibənin xarakterini dəyişdirən gözdən qaçan münaqişə) adlanan məqalə Joshua Keating tərəfindən qələmə alınıb.

Məqalədə deyilir ki, 2020-ci il Ermənistan-Azərbaycan müharibəsinin ikinci günündə Ermənistan hərbçiləri özünün yer-hava raket sistemlərindən biri ilə “Antonov AN-2” biplanını vurmasının videosunu yayıb. Qeyd edək ki, söhbət xalq arasında daha çox “Kukruznik” kimi tanınan An-2 təyyarəsindən gedir.

Azərbaycan ordusunun ilk dəfə 1947-ci ildə Sovet İttifaqında istehsal olunan və bu gün daha çox əkinçilik üçün istifadə edilən təyyarədən istifadə etməsi təəccüblə qarşılandı. Azərbaycan bir neçə AN-2-ni pilotsuz təyyarəyə çevirib və onlardan dron kimi istifadə edib. Azərbaycan ordusu “Kukruznik”i qurban verməklə ermənilərin zenit sistemlərinin mövqelərini müəyyən etdi. Daha sonra müasir dronlar həmin zenit sistemlərini vuraraq sıradan çıxardı.



II Qarabağ müharibəsi kimi də tanınan bu müharibə tarixdə ilk müharibədir ki, onu dronlar qazandı. Hətta bu müharibəni “ilk postmodern müharibə” adlandıranlar da var. Belə bir xarakter alan müharibədə “Kukuruznik” amili xüsusi ilə yadda qaldı.

Yazıda qeyd olunur ki, Qafqazda-Avropa ilə Asiya arasında sərhəddə yerləşən bu iki keçmiş sovet respublikası arasında münaqişə müəyyən mənada əvvəlki əsrlərdə daha çox yayılmış ənənəvi müharibə növünün iflası ilə nəticələndi. Pilotsuz sistemlərin döyüş meydanında görünməmiş rol oynaması və sosial medianın ictimai rəyi ciddi şəkildə formalaşdırması hiper-modern bir müharibə forması ortaya qoydu.

Azərbaycanın sürətli qələbəsini nə mümkün etdi?

Məqalə müəllifi vurğulayır ki, əsas amillərdən biri Türkiyənin Qafqaza təsirini genişləndirməkdə əsas müttəfiq kimi gördüyü müsəlman, türkdilli bir xalq olan Azərbaycana Türkiyənin güclü hərbi dəstəyi idi. Türkiyə istehsalı olan “Bayraktar TB-2” hücum dronları, həmçinin İsraildən alınmış kamikadze dronlar müharibənin taleyini müəyyən etdi. Bu silahlar Ermənistan və Dağlıq Qarabağ (separatçıları qeyd edir- Red.) qüvvələrinin tanklarını və hava hücumundan müdafiə sistemlərini məhv etməkdə heyrətamiz dərəcədə effektiv oldu.

“Ermənilər və "Dağlıq Qarabağ" öz qüvvələrini sərfəli mövqelərdə yerləşdirmişdi və əgər bu müharibə 1994-cü ildəki ssenariyə uyğun şəkildə getsəydi, ermənilər qalib gələ bilərdilər, amma onlar məğlub oldular” – Yeni Amerika Təhlükəsizliyi və pilotsuz uçuş aparatları üzrə ekspert, Mərkəzin baş əməkdaşı Sem Bendett “Vox”-a bildirib ki, azərbaycanlılar anladılar ki, yalnız dronların köməyi ilə erməniləri möhkəmləndikləri istehkamlardan sıxışdırıb çıxara bilərlər. Qırıcı təyyarələr də bu iş üçün o qədər münasib deyildi...



Müəllif hesab edir ki, dronlardan istifadə döyüş meydanında tektonik dəyişikliyə səbəb oldu. ABŞ terrorizmə qarşı olan və 20 il davam edən müharibədə “Predator” və “Reaper” kimi dəyəri milyonlarla dollarlarla ölçülən bahalı dronlardan istifadə edib. Ancaq Qarabağ müharibəsi göstərdi ki, çoxlu sayda sadə və ucuz pilotsuz uçuş aparatları döyüş meydanında qüvvələr nisbətinə həlledici təsir göstərə bilər.

Məqalədə vurğulanır ki, Rusiya-Ukrayna müharibəsində də dronlar ciddi rol oynayır. Bunu hər iki tərəf nəzərə alır. Mümkün qədər ucuz və daha çox drondan yararlanmağa çalışırlar. “Bayraktar TB-2” hücum dronları Rusiya-Ukrayna savaşında da ön plandadır.

Joshua Keating qeyd edir ki, Azərbaycanın hücumu torpaq işğalı deyildi.

Müəllif yazır ki, “Dağlıq Qarabağ”ın müstəqilliyi yer üzündə heç bir başqa ölkə, hətta Ermənistan tərəfindən də tanınmırdı və beynəlxalq hüquqa görə, Ermənistan qonşu Azərbaycan ərazisinin bir hissəsini işğal etmişdi. Bu gün dünyada belə həll olunmamış sərhəd mübahisələri və tanınmamış yarımsuveren ərazilər çoxdur.

Bununla belə, Karnegi Fondunun baş elmi işçisi və münaqişəyə dair kitabın müəllifi Tomas de Vaal “Vox”-a deyib ki, Azərbaycanın 2020-ci il müharibəsi ilə Avropada münaqişələri sülh yolu ilə həll edilməsinin vacibliyi kimi yanaşmasını sıradan çıxardı. Azərbaycan qaydalar kitabını yenidən yazdı, güc tətbiq etməklə öz problemindən yaxa qurtardı.

Elbəyi Həsənli. Sürix

Xəbər 7808 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +