Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?


05.01.2025  17:54 

Məhrumiyyətlər, təqiblər, həbslər… - Əhməd Mehribaninin mübarizəsi -VİDEO





A+  A-

Azadlığa qandal vurulan məmləkətlərdə azadlıq istəyi daha güclü olur. Bu, bir ehtiyaca, hədəfə, mübarizəyə dönür. Məhrumiyyətlər, təqiblər, həbslər azadlıq aşiqlərinin yolunda, sadəcə, əngələ çevrilir, amma savaşını dayandırmağa gücü çatmır! Əksinə, mübarizə gücünü artırır!



Haqqında söhbət açacağımız Əhməd Mehribani də həyatını azadlıq mübarizəsinə həsr etmiş güneyli soydaşlarımızdan biridir…

Əhməd Mehribani 1936-cı il aprelin 4-də Təbrizin Haci Ağa Baba məhəlləsində doğulub. Atası Sultan Təqi xan Marağa ordusunun sərkərdəsi olub. Ləyaqəti və vətənsevərliyi ilə tanınan Sultan Təqi xan Bəhram təpə adlanan ərazidə rusların işğalçı siyasətinə qarşı mərdliklə döyüşüb.

Əhməd Mehribani 1942-1954-cü illərdə orta təhsilini Rüşdiyyə və Luqman məktəblərində alıb.

Hələ 9 yaşında olanda “21 Azər”də (12 aprel, 1945) Şah ordusunun Azərbaycanı işğal etdiyi zaman tökülən qanları, cinayətləri, hətta Milli hökumət dövründə ana dilimizdə çap olnmuş kitabların sonradan tonqalda necə yandırılmasını öz gözlərilə görür.

Əhməd Mehribani mübarizəsinə görə rejim polisi tərəfindən tutularaq işgəncələrə məruz qalır. Amma bütün bu təzyiqlər onun vətənə, millətə olan inancını sarsıda bilmir. Həyatı boyu vətənin azadlığı uğrunda çalışan Əhməd Mehribani qəlbindəki Azərbaycan sevgisini itirmir.

Siyasi mübarizəyə başladığı günləri isə belə xatırlayır:

“Mübarizəmə görə İranın Təhlükəsizlik Təşkilatının (SAVAK-ın) əlinə keçdim. Amansız işgəncələr verdilər, tüfənglə elə zərbə endirmişdilər ki, 3 qabırğam sındı, bədənimdə ağır fəsadlar yarandı. Qulağıma və üzümə güclü zərbələr endirdiklərinə görə eşitmə qabiliyyətimin 60%-ni itirdim”.

Əhməd Mehribani orta məktəbi bitirəndən sonra siyasi səbəblərə görə vətəni tərk etmək məcburiyyətində qalır və Almaniyaya gedir.

1956-cı ildə əvvəlcə (Yohann Volfqanq Göte İnstitutunda) iki ay alman dilini öyrənir. 1956-1962-ci illərdə Göttingen Universitetində kimya mühəndisi ixtisası üzrə təhsil alır. 1963-1968-ci illərdə təhsilini Qərbi Berlin Universitetində Biologiya sahəsi üzrə davam etdirir. Biologiya elmləri doktoru elmi dərəcəsininə qədər yüksəlir.

1968-1972-ci illərdə Almaniya Biologiya Akademiyasında elmi işçi kimi çalışan Əhməd Mehribani “Alliance France”da iki ay ərzində fransız dilini öyrənir. 1972-1989-cu illərdə Parisdə və Strasburqda Fransız Araşdırma Mərkəzində işləyir. 1989-2017-ci illərdə isə baş direktor vəzifəsini icra edir, neft sənayesində yeni texnologiyaların tətbiqinə nail olur. O, həmçinin “HERO-Chem” şirkətində kimya və neft-kimya materiallarının tədqiqatını aparır.

Əhməd Mehribani 1979-cu ildə İranda baş verən rejim dəyişikliyi zamanı yaradılan “Vahid Müstəqil Azərbaycan Cəbhəsi”nə qatılır və Ali Şuranın üzvü olur. Bu təşkilatın Bonnda hazırlanan və çap olunan “Carçı” qəzetinə maddi və mənəvi yardımlar edir.

1984-1985-ci illərdə Avropada Azərbaycan kültür ocaqlarının qurulması təşəbüsü ilə çıxış edən Əhməd Mehribani Strasburqda “Azərbaycan Kültür Ocağı”nı yaradır. Bu ocaq öncə Avropada müxtəlif konsertlərlə Azərbaycan mədəniyyətini tanıtdırmağa başlayır.

Əhməd Mehribani bütün bunları sonradan belə xatırlayır:

“Azərbaycanı tanıtmaq üçün müxtəlif qruplarla mədəniyyət birliyi yaratdıq. Həftə sonları Azərbaycan gecələri keçirdik. Bu kimi tədbirlərdə almanlarla ədəbiyyat, siyasət və tarix mövzularında müzakirələr aparırdıq. Sonra Fransaya getdim. 1973-cü ildə Fransada Azərbaycan Mədəniyyət Dərnəyinin yaradılmasına icazə almaq üçün müraciət etdik. 1986-cı ildə nəhayət ki, icazə ala bildik - Strasburq Azərbaycan Mədəniyyət Cəmiyyətini yaratdıq. İkinci Azərbaycan Cəmiyyətini dostum Dr. Nurəddin Qərəvi Almaniyanın Bonn şəhərində təsis etdi. Daha sonra tələbələr müxtəlif şəhərlərdə mədəniyyət birlikləri yaratmağa başladılar. Biz Azərbaycan mədəniyyətini tanıtmaq məqsədi ilə konsertlər təqdim etdik, Bakıdan musiqiçilər, ifaçılar gətirdik. Bütün xərcləri özümüz qarşılayırdıq. Konsertlər Strasburqda, Fransa və Almaniyanın müxtəlif şəhərlərində keçirilirdi. Nəhayət, almanlar, fransızlar bu qənaətə gəldilər ki, Azərbaycan xalqı qədim mədəniyyətə sahibdir”.

Əhməd Mehrabani 1998-ci ildə Avropadakı cəmiyyətlər federasiyasının 3 günlük toplantısının təşkilində böyük fədakarlıq göstərir. O, davamlı olaraq Köln, Bonn şəhərlərində və İsveçdə “21 Azər”in anım toplantılarında iştirak edir.

Əhməd Mehribani Amerikadakı soydaşlarımızın istəyi ilə Dünya Azərbaycanlıları Konqresinin fəaliyyət planını hazırlayanlardan biri olur, qurumun Kölndə keçirilən 3-cü və 4-cü qurultaylarının İdarə Heyətinin üzvü seçilir, onun təşəbbüsü və hərtərəfli dəstəyi ilə DAK-ın 5-ci qurultayı Fransanın Strasburq şəhərində baş tutur.

Əhməd Mehribaninin həm Güney, həm də Quzey Azərbaycan üçün faydaları bununla bitmir. O, Azərbaycanın neft-kimya sahəsinin inkişaf etdirilməsi uğrunda da çalışır.

Soydaşımız illər öncə baş verən bir hadisəni belə xatırlayır:

“1988-ci il idi. Zəhmətkeş, ciddi və vətənpərvər insan olan Əli Əkbərov adlı dostum mənə dedi ki, Azərbaycanda neft-kimya sənayesində, neft quyularında texniki problemlər var. O vaxt dostum neft sahəsində rəhbər vəzifədə işləyirdi. Xahiş etdi ki, araşdırma aparım, mən də razılaşdım. Dostum əvvəlcə məni o zaman “Azərneft”in rəhbəri olan Natiq Əliyevlə ("Azərneft"in rəhbəri) tanış etdi. Məsələ ilə bağlı söhbət etdik və bir qərara gəldik, müqavilənin mətni hazırlandı. Müqavilədə yazılmışdı ki, ilk olaraq Almaniyanın "HERO-Chem" şirkətindən müsbət cavab alsaq, bu sınağa sərmayə qoyaraq Azərbaycanda həyata keçirəcəyik. 30 neft quyusu üçün bütün xərclər və avadanlıqlar "HERO-Chem" şirkətinin məsuliyyətində idi.

Pilot layihə Abşeronda, Lökbatanda və Pirallahı adasında müsbət nəticələrlə başa çatandan sonra quruda, dənizdə bütün quyu və kompressorlar yenidən qurulacaqdı. Quyularda yeni mexanizm tətbiq etdik, gözəl nəticəsi oldu. Hər 3 aydan bir Almaniyadan gəlib işləri yoxlayırdım, hər həftə isə işçilərdən quyuların vəziyyəti ilə bağlı məlumat alırdım. Beləliklə, quyuların bərpası 4 il davam etdi. Bakı, Abşeron, Lökbatan və Pirallahıda müsbət nəticələr əldə olundu. Pilot layihəmizin büdcəsi ümumilikdə 630 min ABŞ dolları idi.

Təəssüf ki, bir müddət sonra Natiq Əliyev bizimlə işləmək istəmədi, müqavilə bağlamaqdan yayındı. Büdcənin çox pul tutduğunu əsas gətirərək, müqaviləni pozdu və biz 630.000 dollarlıq zərərə düşdük. Bu qədər vaxt və maliyyə itkisindən sonra şirkətə əliboş qayıtdım.

Natiq Əliyev bizimlə müqavilə imzalamağa ona görə razı olmadı ki, 3 aydan bir Sankt-Peterburqdan keyfiyyətsiz texnika alırdılar, bu, onlara sərf edirdi, yaxşı qazanırdılar. Amma bizimlə işləsəydilər, özləri üçün qazana bilməyəcəkdilər”.

Əhməd Mehribani müxtəlif bədii-ədəbi nəşrlərin, Azərbaycan adına bir çox kitabların hazırlanmasına və çapına da dəstək göstərib.

“Azərbaycanda Demokratik Cumhuriyyətinin quruluşu haqda” adlı kitabın ingiliscədən farscaya çevrilməsində, Əsgər Tacəhmədi ilə birgə müəlliflik etdiyi “Azərbaycan və ......1989”, fransız dilində 3 cildlik “Keçmişdə Dağlıq Qarabağ”, Əkrəm Rəhimlinin “Güney Azərbaycanda milli demokratik hərəkat 1940-1945-ci illər” və “Azərbaycan tarixi”, Səməd Sərdarnianın “Soyqırımı”, 5 cilddə Azərbaycan dilində sözlük və özünün müəllifi olduğu daha bir neçə kitabın çapına nail olur.

16 yaşından mübarizə meydanına atılan Əhməd Mehribaninin artıq 88 yaşı var. Amma mübarizəsi hələ də bitməyib, davam edir.

Deyir ki, "Azərbaycanın güneyi, quzeyi birləşməyincə, bizə rahatlıq yoxdur!"

Xəbər 327 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +