Suriyanın yeni lideri tezliklə Türkiyəyə gedəcək
Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB


31.05.2023  12:05 

“Əsrin müqaviləsi” ölkəmizdəki vəziyyəti tamamilə dəyişdi”





A+  A-

1994-cü ildən başlayaraq 30 ilə yaxındır ki, Xəzər Neft-Qaz Sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə kömək edir. 1994-cü il Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının başlanğıc ili idi.

XəzərNews.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib.

Bu il biz müstəqil Azərbaycanın banisi Heydər Əliyevin anadan olmasının yüz illiyinin qeyd edildiyini vurğulayan dövlətimizin başçısı deyib: “1994-cü il yalnız birinci Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi ili deyil, həmçinin “Əsrin müqaviləsi”nin imzalanması ili olmuşdur. “Əsrin müqaviləsi” ölkəmizdəki vəziyyəti tamamilə dəyişdi, investisiyaların cəlb edilməsinə imkan yaratdı, iqtisadi sabitliyi və Azərbaycanın firavan gələcəyini təmin etdi. 1994-cü ildə birinci Qarabağ müharibəsi başa çatmış, "Əsrin müqaviləsi"nin imzalanmasından cəmi 3 ay sonra atəşkəs sazişi imzalanmışdı”.

Xəbər 1053 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +