Suriyanın yeni lideri tezliklə Türkiyəyə gedəcək
Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB


07.01.2025  19:31 

Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO





A+  A-

"Falcom" MMC şirkətinin işçisi, Laçın rayonunun Qarakeçdi kənd sakini Elgün Əhmədov iş zamanı betonqarışdıran qurğunun içində faciəli şəkildə dünyasını dəyişib. Qardaşı Elmir Əhmədov ötən ilin avqustunda baş verən hadisənin düzgün araşdırılmadığı və günahkarların məsuliyyətdən yayındırıldığını iddia edir

Xəzərnews.az xəbər verir ki, O, bu barədə Bakupost.az-a şikayətində bildirib.

Elmir Əhmədovun sözlərinə görə, bədbəxt hadisə avqustun 15-i, səhər saat 10 radələrində Laçın rayonunun Pircahan kəndində baş verib:


Fotoda: Elgün Əhmədov

“Qardaşımı betonqarışdıran qurğunu təmizləməyə göndəriblər. O, "meşalka"nın içinə düşüb və oranı təmizləməyə başlayıb. Bu zaman qurğu hərəkətə gəlib və qardaşım faciəvi şəkildə həyatını itirib. Hadisə zamanı orada təcrübəçilər və operatorlar olub. Təcrübəçilər deyir ki, onu ora operator göndərib, operatorlar isə təcrübəçiləri günahlandırır. Qardaşımı ora kimin göndərdiyi araşdırılmır”.

Şikayətçi deyir ki, Elgünü işə fəhlə kimi götürüblər, amma operator kimi "meşalka"nın içində işləməyə göndəriblər:


Fotoda: Elmir Əhmədov

“Qardaşım qanunla işə fəhlə kimi götürülmüşdü. Onu işə aparan şəxs müdriyyətlə danışarkən demişdi ki, fəhlə kimi qeydiyyata alınacaq, ancaq operator işini öyrənəcək və bir aydan sonra operator işləyəcək. Elgün jurnalistika fakültəsini bitirmişdi, kompüter bilikləri vardı. Ancaq onu "meşalka"nı təmizləməyə göndəriblər. Bu məsələ ciddi şəkildə araşdırılmır. Şübhəli şəxslərdən olan baş fəhlə Orxanın kamera görüntüləri var. O hadisə barədə deyib ki, Elgün və operator Kərimi axtarırdı, görsün, otaqdadırlar, ya yox. Mən də ona dedim ki, kamerada görünür, sən Elgünün yanından düşürsən, Kərim də 4 metr qabaqda gedir. Bəs, otaqda nə edirdin? O otaqda "meşalka"nı işə salan kompüter sistemi yerləşirdi. Kimsə o sistemə müdaxilə edib. Prokuror və müstəntiq bu məsələnin üstünə getmir. Şirkət də susur. Hətta müstəntiq və vəkillə birlikdə otaqda həmin görüntüləri açıb baxmışıq. Vəkil özü müstəntiqə deyib ki, bu adamın görüntüləri çox şübhəlidir”.

Elmir Əhmədov şirkətin və müstəntiqlərin hadisəyə görə məsuliyyət daşıyan şəxsləri qorumağa çalışdığını iddia edib. Onun sözlərinə görə, şirkət texniki təhlükəsizlik qaydalarına əməl olunduğunu bildirsə də, bu, yalandır:



"Necə təhlükəsizlik işləri görülüb ki, bu cür faciə baş verib? İşçilərə düzgün təlim keçməyiblər. Mən orada SƏTƏM-in işçisi ilə söhbət edəndə o dedi ki, "ərazi çoxdur, mən təkəm, çatdırmıram, ayda bir dəfə təlim keçirəm". İndi işçilər ifadələrində yazır ki, hər gün bizə SƏTƏM mütəxəssisi tərəfindən təlim keçirilir. Halbuki o, özü təsdiqləmişdi ki, təkdir, vaxtı yoxdur, ayda bir dəfə təlim keçir”.

Elmir Əhmədovun sözlərinə görə, Laçın prokurorluğundan müstəntiq İlqar Niftəliyev latın qrafikasında yazıb-oxumağı bilməyən adamlardan ifadə alır, sonra həmin ifadəni özləri kompüterdə yazıb işçilərə qol çəkdirirlər:

“Həmin şəxslərdən biri Süleyman İmranovdur. Bu adam Elgünü işə aparan şəxsdir. Özü də orada sürücü işləyir. O, prokurorluğa teleqram göndərərək bildirib ki, "mən oxuyub-yazmağı bilmirəm, ifadəm kompüterdə yazılıb. Amma mənə məlum olur ki, dediklərim yazılmayıb. Xahiş edirəm, məni təkrar prokurorluğa çağırın, ifadı verim". Amma onu çağırmadılar.



Qanunsuzluqlar həddən artıq çoxdur. Laçın prokurorluğu işə düzgün baxmadı. Onlara narazılığımı bildirdim, dedilər ki, narahatsansa, vəsadət yaz. Mən də ilk vəsadətimi yazdım. Qardaşım "meşalka"nın içinə girəndə yanında cəmi bir nəfər şahid olub. O, şirkətdə fəhlə işləyir, ağsaqqal adamdır. Mən öz razılığı ilə iki dəfə ayrı-ayrı yerlərdə onu danışdırıb video çəkmişəm. Dedi ki, qardaşın təhlükəsizlik düyməsini gözümün qabağında basdı və içəri girdi. Lakin texniki ekspert ifadə verib ki, mərhum düyməni basmayıb. Mən vəsadətimdə yazmışam ki, texniki ekspert necə sübut edə bilər ki, qardaşım betonqarışdıranın içinə düşməzdən əvvəl düyməni basmayıb? Gəlib bunu sübut etsin. Yanında olan şahid videogörüntüdə deyir ki, gözümün qabağında düyməni basdı, sonra içəri girdi".

Elmir Əhmədov bildirib ki, hadisədən sonra şirkətin rəhbəri Dünyamalı Orucov işdən çıxıb. Onu Sərdar Alıyev əvəz edib. Onun dediyinə görə, istintaqın təkrar aparılması tələbi ilə müxtəlif qurumlara müraciət edib, lakin müraciətinə baxılmır:

"Kimsə kiminləsə dalaşır, bir şillə vurur, polis ora ekspert aparır. Ancaq ortada ölüm işi var, prokuror isə "evcik-evcik" oyunu oynayır. Bunlar hələ mənim deyəcəklərimin milyonda biridir. Rəsmi sənədlər və faktlar var. Mən bu barədə Cənab Prezidentə, Mehriban xanıma, Ombudsmana və Baş Prokurorluğa müraciət etmişəm".


Fotoda: Elgün Əhmədov

"Falcom" MMC şirkətinin rəsmi nümayəndəsi Rəşad adlı şəxs Bakupost.az -a açıqlamasında hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırma apardığını və əlavə heç nə deyə bilməyəcəyini bildirdi.

Məsələ ilə bağlı işi araşdıran müstəntiq İlqar Niftəliyevlə əlaqə saxladıq. O, açıqlama verməkdən imtina etdi. Cinayət işinin istintaqı və səsləndirilən ittihamlarla bağlı Baş Prokurorluğun mətbuat xidmətinə sorğu ünvanlamışıq.

Xəbər 316 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +