Suriyanın yeni lideri tezliklə Türkiyəyə gedəcək
Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB


28.04.2023  10:35 

Hər 100 xaricinin cəmi 20-si rayonlara üstünlük verib





A+  A-

Regionlarımız turizmdə hələ də Bakı ilə rəqabət apara bilmirlər. Dövlət Statistika Komitəsinin məlumatına görə, xaricilərin Azərbaycan hotellərində gecələmələrinin sayı 79.7 faiz artaraq 309 minə çatıb. Bunun isə 80 faizi Bakının payına düşür. Yəni, Azərbaycanda gecələyən hər 100 xaricinin cəmi 20-si rayonlara üstünlük verib. Bu isə ondan xəbər verir ki, hələ də regionlar ilə müqayisədə Bakı xaricilər üçün daha cəlbedici olaraq qalmaqdadır.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Vüqar Bayramov çıxış edib.

V.Bayramov bildirib ki, turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur:

"Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana və eləcə də regionlara daha çox turistin gəlməsinə imkan yarada bilər.

Monitorinqlər göstərir ki, nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalmaqdadır. Bu da həm daxili, həm də gəlmə turizmin inkişafına təsirsiz ötüşmür. 2023-ci ilin ilk rübündə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq hədəflənməlidir.

Eyni zamanda, regionlarda çoxulduzlu hotellərlə bərabər, 1 və 2-ulduzlu otellərin tikilməsi oludqca vacibdir. Belə hotellərin qiyməti daha aşağı olur və daha çox turistlər cəlb edir. Təəssüf ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4-5-ulduzlu, bahalı hotellərin tikintisinə maraq göstərirlər. Az ulduzlu hotellərin inşaatının sürətləndirilməsi üçün bu istiqamətə daha çox aşağı faizli kreditlərin ayrılması və güzəştlərin tətbiqini aktuallaşdırır. Bu sahibkarların stimullaşdırılması baxımdan vacibdir.

Qeyd edək ki, Azərbaycana gələn xaricilərin 8,9 faizi Qusarda, 3,5 faizi Naftalanda, 3,2 faizi Qəbələdə, 1,8 faizi Qubada, 0,4 faizi Naxçıvan Muxtar Respublikasında, 0,3 faizi Şabranda, 1,8 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalara üstünlük veriblər".

Xəbər 1140 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +