Suriyanın yeni lideri tezliklə Türkiyəyə gedəcək
Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB


07.01.2025  15:12 

Aqrar sahəyə ayrılan subsidiyalar niyə özünü doğrultmur? - ARAŞDIRMA





A+  A-

Xəbər verdiyimiz kimi, əkin subsidiyalarının verilməsi müddəti 2030-cu il yanvarın 1-dək uzadılıb. İstifadəsində 10 hektar və daha çox torpaq sahəsi olanlara əkin subsidiyası sığorta müqaviləsi bağlandıqdan sonra verilir

Bu subsidiya fermerlərə kənd təsərrüfatı istehsal vasitələrinin alınması, torpaqların aqrokimyəvi analizinin aparılması, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınıb qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə ayrılır.

Subsidiyalarının verilməsi müddətinin uzadılmasına münasibət bildirən iqtisadçı ekspert Cəfər İbrahimli Bakupost.az-a deyib ki, subsidiyalar əsasən, aqrotexniki xərcləmələr üçün verilir. Bu da məhsuldarlığa müsbət təsir edir:

“Aqrar sahəyə subsidiya ayrılmasında məqsəd kənd təsərrüfatı məhsulları üzrə istehsal xərclərini tənzimləmək, fermerlərin gəlirini artırmaq, ərzaq məhsullarının qiymətlərini stabilləşdirmək və lazım olan qədər ərzaq məhsulları istehsalını təşviq etməkdir. Bəzi məhsullar var ki, onlara verilən subsidiya məbləğləri regionlar üzrə müəyyənləşib. Çünki məhz həmin regionda məhsuldarlığın yüksək olması mümkündür. Buna görə də, o məhsullar ancaq regionlar üzrə subsidiyalaşdırılır”.



İqtisadçının sözlərinə görə, fermerlərə verilən əkin subsidiyasının 25 faizi nağd, 75 faizi isə nağdsız formada verilir. 75 faizi fermerlər mineral gübrə, biohumus, pestisid, sertifikatlı toxum və ting alınmasına sərf edilə bilər:

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, dünyanın bir çox ölkələrində subsidiyaların verilməsindən sonra onların ölçülməsi prinsipi var. Azərbaycanda isə belə deyil:



“Bizdə subsidiyaların verilməsində pərakəndəlik var, effektivlik hesabatı yoxdur. Yəni subsidiya ayrılmasının hansı nəticələr doğuracağı öncədən bilinmir. Çox vaxt da verilən subsidiyaların geri dönüşünü, iqtisadiyyata olan xeyrini görmürük. Zaman-zaman şirkətlər, fərdi sahibkarlar subsidiyalar alaraq öz istehsalat sahələrini genişləndirəcəklərini deyirlər. Amma bu günə qədər belə hesabat yoxdur. Subsidiyalar hesabına neçə əlavə iş yeri yaradılıb? İstehsal sahələri nə qədər artıb? Kənd təsərrüfatı məhsullarının istehsalına necə təsir göstərib? Bu sulların cavabı məlum deyil. Belə bir yanaşma olmadığına görə Azərbaycanda ümumiyyətlə subsidiyalaşdırma ciddi effekt vermir”.

İqtisadçı-ekspert Akif Nəsirlinin sözlərinə görə, kənd təsərrüfatına ayrılan subsidiyaların arzuolunan nəticə verməməsinin əsas səbəbi bu məbləğin aşağı olması deyil, fermerlərin əkin subsidiyası məbləğinin ancaq 25 faizini nağdlaşdıra bilməsidir.



Yerdə qalan vəsaiti isə fermer nağdlaşdırmadan konkret müəyyən təchizatçılardan gübrə, pestisid, toxum və digər kənd təsərrüfatı istehsal vasitələri almağa sərf edə bilir: “Fermerlər karta köçürülmüş vəsaitin 100 faizini nağdlaşdıra bilməlidir. Onların kənd təsərrüfatı istehsal vasitələri almaq üçün bazarda seçim imkanları olmalıdır. Yəni fermer müəyyən təchizatçılardan asılı olmamalı, gedib bazarda seçim edə bilməlidir".

Aqrar sahə üzrə ekspert Mircavid Həsənov isə dövlətin subsidiya siyasətini effektiv hesab edir. Onun dediyinə görə, subsidiya dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir və bu, effektivdir.



Subsidiyaların verilməsi aqrar sahənin inkişafına təsir gösətr4ir: “Subsidiya vermək o demək deyil ki, dövlət fermerin çəkdiyi bütün xərci qarşılamalıdır. Subsidiya, xərcləri qismən kompensasiya etmək üçündür. Lakin subsidiyanın məbləği nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bəzi dövlətlərdə isə ümumiyyətlə, subsidiya sistemi yoxdur".

Xəbər 199 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +