Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev
Yalandır, hazırda Bakıdayam - Əli Həsənov
42 yaşında universitet bitirib, 20 ildir icra başçısıdır
SEPAH komandirinə sui-qəsd edildi
Lukaşenko: Ukraynaya nəzarət bərpa olunmayacaq
Bir erməninin belə Qarabağa təhlükəsiz qayıtması... - Simonyan
Sərhədin demarkasiyası baş tutmayınca - Hayk Qalumyan
Bu səs-küy onun Mehdiyevin gəlini olmasına görədir – Sərdar Cəlaloğlu
Bu avtobusların hərəkət sxemi dəyişdirilir?


31.10.2025  14:00 

Bakı rayonları korrupsiya əməliyyatlarından niyə kənarda qalır?





A+  A-

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) korrupsiya və vəzifə cinayətləri ilə mübarizə istiqamətində apardığı əməliyyatlar davam edir. Bu dəfə hədəfdə Balakən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş İslam Rzayev olub. İslam Rzayevin həbsi ilə icra başçılarından dəmir barmaqlıqlar arxasına düşənlərin sayı 7-ə yüksəlib.

Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat indiyə kimi əsasən paytaxtdan uzaq bölgələri əhatə edib. Maraqlıdır ki, Bakının rayonları həmişə anoloji tədbirlərdən kənarda qalıb.

Qeyd edək ki, Bakıda 12 rayon var: Binəqədi, Xətai, Sabunçu, Nizami, Nərimanov, Nəsimi, Qaradağ, Səbail, Xəzər, Yasamal, Pirallahı, Suraxanı.

Bəs Bakının adları çəkilən rayonlarının İcra hakimiyyətləri niyə korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı əməliyyatlardan kənarda qalır? Bu, həmin rayonların İcra hakimiyyətlərinin yaxşı işləməyindən qaynaqlanır, yoxsa növbə onlara da çatacaq?

XəzərNews.az xəbər verir ki, Milli Məclisin deputatı Elşad Musayev Modern.az-a açıqlamasında bildirib ki, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə sürətlənməlidir:

“Mən əvvəlki müsahibələrimdən birində demişdim ki, insanlarımız "qara maskalılar" üçün darıxıblar. Buna görə də, hesab edirəm rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə sürətlənməlidir. Çünki korrupsiya, rüşvət, monopoliya ölkəni içəridən yeyir. Ona görə də qanunazidd işlərlə məşğul olan vəzifə sahiblərinə qanunun sərt üzü göstərilməlidir.

Düşünürəm ki, Balakən hadisələri korrupsiyaya qarşı aparılan əməliyyatların növbəti mərhələsidir. Bu prosesi davam etdirmək lazımdır. Biz ölkədə korrupsiyanın, qanunsuzluğun, hərc-mərcliyin qarşısını kəsməsək, iqtisadi və digər sahələrdə irəliləyişə nail ola bilmərik. Bir sıra rayonların icra başçıları özlərini qanundan yuxarıda hesab edirlər, heç kimə də hesabat vermirlər. Baxırsan adama, vəzifəyə gələndə elə bir var-dövləti yoxdur, di gəl ki, vəzifə tutduğu dövrdə nə qədər mal-mülkə sahiblənir. Rayonun özü kasıbdır, amma baxırsan ki, icra başçısının var-dövləti aşıb-daşır. Yerli icra nümayəndələri var, baxırsan yerlərdə min cür problem var, amma bunların villalarının sayı günbəgün artır. Mən düşünürəm ki, bu proses davam etdirilməlidir”.

Deputatın sözlərinə görə, keçirilən əməliyyatların icra başçılarına dərs olmamasının bir sıra səbəbləri var:

“Bunun əsas səbəbi sistemlə bağlıdır. Ölkədə idarəertmə sistemi dəyişməli, hesabatlılıq olmalıdır. Yerli idarəetmə orqanları demokratik seçki ilə formalaşmalı, onlar da hesabat verməlidir. Eyni zamanda, bunlara nəzarət edən orqanlar özləri yaxşı işləmir. Misal üşün, məhkəmələr. İcra başçıları təyinatdan sonra illərlə - 10, 20 il bir yerdə işləyirlər. Bunlara nəzarət də yaxşı deyil. Yenə deyirəm, sistemin özünü elə etmək lazımdır ki, hamı bir-birinə nəzarət edə bilsin. Yoxsa yerlərdə icra başçılarının bəziləri, indi də belələri var, heç kəsdən qorxub çəkinmədən yüz cür hoqqabazlıq edirlər. Yəqin ki, kiməsə söykənirlər. Belə olmur”.

Deputat vurğulayıb ki, korrupsiya ilə bağlı əməliyyatlar Bakıdakə İcra hakimiyyətlərində də keçirilməlidir:

“Mən hesab edirəm ki, Bakı şəhərinin özündə də bu əməliyyatları keçirmək lazımdır. Bu əməliyyatlar rayonlarda başlayıb, amma yəqin ki Bakıya da gəlib çatacaq. Bakı şəhərində bir sıra yerlərdə olan vəziyyət açıq-aşkar acınacaqlıdır.

Yeri gəlmişkən, külli miqdarda dövlətin malını, əmlakını mənimsəyən adamlar həmin vəsaiti büdcəyə qaytarmalıdırlar.

Büdcə vəsaitini dağıdanlar, ölkənin iqtisadiyyatına zərbə vuranlar var. Bunlara qarşı sərt tədbirlər görülməlidir ki, iqtisadiyyatımızı inkişaf etdirə bilək, əmək məhsuldarlığımızı artıraq. Büdcənin 41%-ni sosial məsələlərə yönəltmişik. İndi bunun miqdarını artırmaq lazımdır. Bunu edə bilməməyimizin bir çox səbəbi var. O səbəblərdən biri də yerlərdə belə dağıdıcılıq, gəmiricilik işləri ilə məşğul olan adamlardır. Faktiki olaraq, bunlar ölkənin inkişafını inkişafdan dayandırırlar”.

Xəbər 966 dəfə oxunub.




31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili

30.10.2025  18:56 

Putindən əmr: Əməliyyatlar...


BÜTÜN XƏBƏRLƏR +