4 ofisiantın öldüyü hadisə ilə bağlı cinayət işi açılıb
Paşinyana Qazaxıstanın ən yüksək mükafatı verildi
Xadimə evdən 50 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb
Bakıda at ətini mal əti adı ilə satmaq istədilər
Minimum əmək haqqının vergidən azad edilməsi... - Deputat
Keyfiyyətli ət, yağ kasıblar üçün əlçatmaz olub - Deputat
Restoranın 4 ofisiantını elektrik öldürdü
Nazir islahat təklifləri ilə bağlı açıqlama verib
17 yaşlı qızı 36 yaşlı kişiyə ərə verirlər?
“Bank Respublika”da nə baş verir?


21.11.2025  14:13 

Bakıda at ətini mal əti adı ilə satmaq istədilər





A+  A-

Bərdə rayonu, Bakı küçəsində Zaur Məmməd oğlu Novruzova məxsus fərdi yaşayış sahəsində istehlaka yararsız ümumi çəkisi 154 kq sümükdən ayrılmış at əti aşkarlanıb.

XəzərNews.az xəbər verir ki, yararsız ət Qida Təhlükəsizliyi Agentliyinin və Daxili İşlər Nazirliyi Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən reyd zamanı aşkar edilib.

Yoxlama zamanı mənşəyi məlum olmayan ətin kəsilərək sümükdən ayrıldığı və 99 CJ 158 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin saxlanc yerində antisanitar şəraitdə Natiq Vaqif oğlu Hüseynov tərəfindən mal əti adı altında satış məqsədilə paytaxt Bakıya aparıldığı müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız at əti soyuducu anbarda saxlanca yerləşdirilib, nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim olunub.

Araşdırmalar davam etdirilir.

Xəbər 90 dəfə oxunub.




21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +