Paşinyana Qazaxıstanın ən yüksək mükafatı verildi
Xadimə evdən 50 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb
Bakıda at ətini mal əti adı ilə satmaq istədilər
Minimum əmək haqqının vergidən azad edilməsi... - Deputat
Keyfiyyətli ət, yağ kasıblar üçün əlçatmaz olub - Deputat
Restoranın 4 ofisiantını elektrik öldürdü
Nazir islahat təklifləri ilə bağlı açıqlama verib
17 yaşlı qızı 36 yaşlı kişiyə ərə verirlər?
“Bank Respublika”da nə baş verir?
Sabah 16-20 dərəcə isti olacaq


21.11.2025  10:42 

Ölkədə 34800 iş yeri qapadılıb... - 2 ildə





A+  A-

“Dünyada əyləncəli statistikalar çoxdur, onlardan biri də “delfin statistikasıdır” – yəni, bilinən faktdır ki, delfinlər qəzaya uğrayan gəmilərdən insanları xilas edib sahilə gətiriblər, hətta, son 100 ildə dünya mətbuatında bu tipli xəbərləri, təsdiq olunmuş faktları toplayanlar da olub və onlar iddia edirlər ki, son 100 ildə delfinlər 1500-ə yaxın insan xilas edib, sahilə doğru gətiriblər. Amma, təbii ki, delfinlər tərəfindən sahilə deyil də, dənizlərin, okeanların dərinliklərinə aparılan insanların sayı haqqında heç bir rəqəm, məlumat yoxdur”.

XəzərNews.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli deyib.

O bildirib ki, 2 il ərzində ölkədə 34800 iş yeri qapadılıb:

“Azərbaycanda nazirlər, məmurlar çox zaman “delfin statistikası” məntiqindən istifadə edirlər, yəni, açılan iş yerləri haqqında deyirlər, bağlanan iş yerləri haqqında isə heç nə söyləmirlər. Məsələn, 2023-cü ildə ölkədə 14 min 900, 2024-cü ildə 11 mindən çox, bu ilin yanvar-sentyabr aylarında isə 8 min 900 iş yeri bağlanıb.

Beləliklə, 2023-cü ildən bu ilin, 2025-in sentyabr ayının sonunadək ölkədə 34800 iş yeri qapadılıb, yəni, günə 35 nəfər işsiz qalıb...”

Xəbər 72 dəfə oxunub.




21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +