Annalena Baerbok Trampa qarşı
Mahir Emreli türk sevgilisi ilə FOTOsunu paylaşdı
Novruz bayramında 11 gün qeyri-iş günü olacaq
Sabah hava yağmursuz keçəcək
Yağış TIXAC yaratdı: Bakının yolları...
Lokomotiv yoldadır: növbəti stansiya - Premyer Liqa!
Ceyhun Bayramov Gideon Saar ilə görüşdü
Zaxarova haqlıdır, amma...
Bu universitetin rektoru İSTEFA VERDİ
Prezident hərbi xidmətlə bağlı Sərəncam imzaladı


08.02.2017  16:18 

Azərbaycanın daşınmaz əmlak bazarını yeni ucuzlaşma dalğası gözləyir





A+  A-


Azərbaycanda daşınmaz əmlak bazarında cari qiymətlərin 13-15% azalacağı gözlənilir. 

2016-cı il ərzində ölkədə ABŞ dollarının məzənnəsinin 1,65 AZN/USD səviyyəsindən 1,95 AZN/USD-yə yüksəlməsi daşınmaz əmlak qiymətlərini dollar ekvivalentində 20% ucuzlaşdırdığından, manat ekvivalentində onların qiyməti azalmayıb. 

"Lakin hazırda ölkədə dolların məzənnəsinin sürətlə ucuzlaşması müşahidə edilir. Belə ki, son bir həftə ərzində dolların banklarda satış qiyməti 1,96 AZN/USD səviyyəsindən 7% azalaraq 1,82 AZN/USD-yə geriləyib. Bu prosesin bir qədər də davam edəcəyi və 1,65-1,70 AZN/USD səviyyəsində sabitləşəcəyi ehtimal edilir. Nəticədə, əmlak sahibləri dolların ucuzlaşması fonunda tələbatın zəifləməsi satış zamanı daha böyük endirimlərə gedərək əmlakın qiymətini manat ekvivalentində bir qədər də aşağı salacaqlar", - deyə analitiklər qeyd edirlər.

Xatırladaq ki, Azərbaycan 2017-ci ilin dövlət büdcəsində xərclərin kifayət qədər azaldılmasına nail olub. Bu da öz növbəsində əhalinin gəlirlərinə təsirsiz ötüşmür. Eyni zamanda, daşınmaz əmlak bazarında satış təklifləri artır: "Qeyd edək ki, hazırda Bakının bir çox hissəsində müxtəlif yeni yaşayış komplekslərinin inşası aparılır. Bu da bazarda təklifi artıracaq və qiymətlərin azalmasına səbəb olacaq. Artıq aprel ayından etibarən əmlak qiymətlərində ucuzlaşma hiss ediləcək".

(report.az)



Xəbər 1810 dəfə oxunub.




15.02.2025  13:17 

Annalena Baerbok Trampa qarşı

15.02.2025  12:56 

Sabah hava yağmursuz keçəcək

14.02.2025  21:16 

Zaxarova haqlıdır, amma...

14.02.2025  11:57 

Sürücülərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +