Annalena Baerbok Trampa qarşı
Mahir Emreli türk sevgilisi ilə FOTOsunu paylaşdı
Novruz bayramında 11 gün qeyri-iş günü olacaq
Sabah hava yağmursuz keçəcək
Yağış TIXAC yaratdı: Bakının yolları...
Lokomotiv yoldadır: növbəti stansiya - Premyer Liqa!
Ceyhun Bayramov Gideon Saar ilə görüşdü
Zaxarova haqlıdır, amma...
Bu universitetin rektoru İSTEFA VERDİ
Prezident hərbi xidmətlə bağlı Sərəncam imzaladı


07.02.2017  13:06 

"Arka sokaklar"a çəkilən Nigar: "Burada qonorar..."





A+  A-

 

“Arka sokaklar”a çəkilmək təklifi burada adımın qeyddə olduğu şirkətdən gəldi. Təbii ki, mən də həmin an qəbul etdim. Çəkilişlər “Erler film” şirkəti tərəfindən aparılır. Bu serial 2006-cı ildən yayımlanır və hələ də bir çoxlarının bəyəndiyi, sevə-sevə izlədiyi ekran işidir”.

XəzərNews.az bildirir ki, bu sözləri Axşam.az-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nigar Bahadırqızı deyib. “Arka sokaklar” serialında çəkilən aktrisa bunla bağlı danışıb. 

O bildirib ki, ekran işində epizodik rolda olsa da, yaxın günlərdə yeni işləri ilə tamaşaçıların qarşısına çıxacaq:

“430-cu bölümdən seriala qonaq aktrisa kimi daxil oldum. Bir neçə bölümdə rol alacağam, hələ belə razılaşmışıq. İki ildir ailə həyatı qurub, İstanbula köçmüşəm. Gələn gündən telekanallardan birində xəbər aparıcısı kimi çalışıram. Sonra özümə istirahət verdim. Amma bu ərəfədə də bir aktrisa kimi üzərimdə çalışıram. . Türk dilində rahat danışmaq üçün 20-dən çox kitab oxumuşam. Başqa bir ölkədə yeni həyata alışmaq o qədər də asan deyil. Hər şeyə sıfırdan başlayırsan”.

Nigar yeni planlarının olduğunu söyləyib:

“Yeni işlərim çox olacaq. Mən sənətimdən uzaqlaşmamışam, istəsəm də bunu edə bilmərəm. Millətimin, vətənimin adını hər zaman yüksəklərdə tutacam. Mənim menecerliyimi edən şirkətdə başqa planlar var”.

N.Bahadırqızı bildirib ki, Azərbaycandan da serial təklifi alıb:

“Ən son təklifi sevdiyim rejissor Rövşən İsaxdan aldım. “Vicdan haqqı” serialında çəkilməyimi istəyirdi. Təəssüflər olsun ki, bəzi səbəblərə görə təklifi qəbul edə bilmədim və bu möhtəşəm serialda oynamaq imkanımı qaçırtdım. Türkiyə Cümhuriyyəti mənə ölkə kənarında 6 ay qalma icazəsi verir. Mən də bu müddəti artıq doldurmuşam. Vətəndaşlıq alandan sonra ölkəmə gələ biləcəm. Onda Azərbaycandakı işlərimi də davam etdirəcəm. Ən böyük arzum Rövşən İsaxla çalışmaq idi. İnanıram ki, bir gün mütləq onunla çalışmaq qismət olacaq”.

Aktrisa "Azərbaycanda da, Türkiyədə də aktrisa kimi fəaliyyət göstərmisiniz. Nə fərqlər var" sualına belə cavab verib:

“Azərbaycanda da, Türkiyədə də sənət var. Amma qonorara gəldikdə Türkiyədə daha yüksəkdir, nəinki Azərbaycanda”.  



 



Xəbər 2040 dəfə oxunub.




15.02.2025  13:17 

Annalena Baerbok Trampa qarşı

15.02.2025  12:56 

Sabah hava yağmursuz keçəcək

14.02.2025  21:16 

Zaxarova haqlıdır, amma...

14.02.2025  11:57 

Sürücülərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +