Paşinyan Azərbaycanla sülhə dair təkliflərini açıqlayıb
Xaricə xəbər ötürən diplomat həbs edilməyib - Vəkil Adəm Məmmədov açıqladı
Suriyanın yeni lideri tezliklə Türkiyəyə gedəcək
Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı


12.02.2024  15:39 

Sənə nə var mən Həccə bu qədər pul xərcləyirəm...





A+  A-

“QMİ həcc ziyarətinin qiymətini elan edib yenə Facebooka hay düşüb. Hamı zəvvarların pulunu hesablayır. Başqasının pulunu hara xərcləməklə bağlı haqq-hesab aparırlar. Uzun illər Həcc ziyarətinin qiymətinin baha olması barədə yazan biri olaraq yenə də o fikirdəyəm ki, qiymətləri nisbətən ucuz eləmək olar və lazımdır. Amma bu o demək deyil ki, yerindən qalxan camaatin şəxsi seçimi və inanc azadlığına burnunu soxa bilər”.

Xəzərnews.az xəbər verir ki, bu barədə açıqlama ilə dini yazar Kənan Rövşənoğlu çıxış edib.

O, qeyd edib ki, əvvəla, bu dini ziyarətdir, yəni ibadətdir, hər kəsin seçimi var, özü bilər nə qədər xərcləyər:

“Ona qalsa 2023-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda içki və siqaretə 1 milyard 959,6 milyon manat pul xərclənib. Kiməsə gedib deyə bilərsiniz ki, sən içmə, çəkmə ver biz xərcləyək? Basıb gözünüzü çıxarar.

Mən keçən il təsadüfən bir tanişin söhbətinə düşdüm, 3 nəfərlik ailə ilə Antalyada tur paketə 9 min manat pul verildiyini dedi. İldə onminlərlə insan Türkiyə, Misir, Monteneqro, İspaniya, Fransaya gedir.

Həccə isə cəmisi 1500 adam gedir.

Əlbəttə, bunu bir dəfə ətraflı yazmışam, insanlar əlbə yardımı içki içən, nə bilim İspaniyada doncələndən deyil, dindardan gözləyir, açıq şəkildə etiraf etməsa də, yardımı dindar insandan gözləyir. Bu da normaldır, belə də olmalıdır. Çünki xeyirxahlıq dini tələbidir. Amma bu o demək deyil ki, sən dindarın həyatına müdaxilə edib, onun vacib ehtiyaclarına da müdaxilə edəsən”.

Dini yazar əlavə edib ki, bir az fərdlərin seçiminə, inancına ehtiramla yanaşmaq lazımdır:

“Bu elementar insanlıq qaydasıdır”.



Xəbər 998 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +