Paşinyan Azərbaycanla sülhə dair təkliflərini açıqlayıb
Xaricə xəbər ötürən diplomat həbs edilməyib - Vəkil Adəm Məmmədov açıqladı
Suriyanın yeni lideri tezliklə Türkiyəyə gedəcək
Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı


12.10.2023  20:34 

Çevriliş cəhdi: Siyavuş Novruzov niyə ad çəkmir?





A+  A-

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş xüsusi iclasında deyib ki, İlham Əliyev 5 dövlət çevrilişinə cəhdin qarşısının alınmasında Ulu öndərlə çiyinə-çiyinə çalışıb.

O, həmçinin qeyd edib ki, vaxtilə Prezident Aparatının şöbə müdirləri dövlət çevrilişi etmək istəyiblər. Sitat:

“Həmçinin, dövlətimizin çörəyini yeyən Prezident Aparatının şöbə müdirləri və digər şəxslər çevriliş etmək istəyirdilər. Cənab Prezidentin qətiyyəti nəticəsində çevrilişlərin qarşısı alındı”.

Maraqlıdır ki, S.Novruzov belə bir ciddi ittiham səsləndirsə də heç bir ad çəkməyib.

Sosial şəbəkələrdə geniş müzakirə olunan bu açıqlama ictimaiyyətin də marağına səbəb olub. Onlar düşünürlər ki, Siyavuş Novruzov ad çəkməməklə ya ehtiyat edir, ya da kifayət qədər informasiyaya malik deyil.

Digər tərəfdən dovlətin başçısına qarşı çevriliş cəhdi olubsa niyə zamanında ictimailəşdirilməyib?

Hər halda suallar çoxdur.

İsmayıl
Xəzərnews


Xəbər 2612 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +