Paşinyan Azərbaycanla sülhə dair təkliflərini açıqlayıb
Xaricə xəbər ötürən diplomat həbs edilməyib - Vəkil Adəm Məmmədov açıqladı
Suriyanın yeni lideri tezliklə Türkiyəyə gedəcək
Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı


30.07.2022  23:14 

“Etibar Məmmədov boyundan böyük şeylər danışır“





A+  A-

AMİP lideri Etibar Məmmədovun rəhbərliyi altında müxalifət partiyalarından ibarət seçki koalisiyası yaradılacağı barədə yayılan xəbərlər müzakirələrə səbəb olub.

Bu məlumatlara ən sərt reaksiya isə Ümid Partiyasının sədri İqbal Ağazadədən gəlib.

XəzərNews.az xəbər verir ki, İqbal Ağazadə bu barədə sosial şəbəkədə bunları yazıb:

"Etibar Məmmədov boyundan böyük şeylər danışır. Bu xalq Etibarın nə Lefertovadan çıxdıqdan sonra üzərinə qoyulmuş vəzifəni, (AXC-ni parçalamağın), nə Laçın və Şuşanın verilməsindəki, nə də 1993-cü il qiyamındakı rolunu əsla unutmayıb. İstəsə, danışarıq. Siyasətdən hansı şərtlərlə getdiyi də bəllidir. Danışanda ərkanı gözləsin".

Qeyd edək ki, AMİP yayılan məlumatları artıq təkzib edib. Belə ki, AMİP Siyasi Şurasının üzvü Əli Orucov özünün "Facebook" hesabında məsələ ilə bağlı paylaşım edərək son günlər yayılmış bu informasiyaları “uydurulmuş xəbər” adlandırıb.

O, bu barədə ilk xəbəri yayımlayan saytın əməkdaşını günahlandırıb və İqbal Ağazadənin açıqlamalarına sərt reaksiya verib:

"Bu barədə qeyri ciddi və əsassız bir məlumat uydurub yayıb. Özünü siyasətçi adlandıran bəziləri də bu şaiyə ətrafında ciddi- ciddi güya ki, fikir səsləndiriblər. Həm də özlərində müştəbehlik edərək. Bunlardan biri də Ümidin sədri İqbal Ağazadədir. İ.Ağazadə elə danışır ki, xalqın millətin ümidi elə onun "Ümid"inə bağlıymış və özü də yekə bir siyasətçiymiş. R.Mehdiyevin və MTN-nin hesabına və bir şilləyə lideri dediyi şəxsi satdığına görə deputat mandatı almaqla böyük siyasət adamı olmaq olmur. Etibar bəyin hər müsahibəsi belələrini möhkəm silkələyir və səksəkəyə salır. Pusquda durmaqda davam edin".

Xəbər 1793 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +