Paşinyan Azərbaycanla sülhə dair təkliflərini açıqlayıb
Xaricə xəbər ötürən diplomat həbs edilməyib - Vəkil Adəm Məmmədov açıqladı
Suriyanın yeni lideri tezliklə Türkiyəyə gedəcək
Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı


06.03.2017  18:56 

Azərbaycanda qaçqın statusu almış əcnəbilərin sayı açıqlandı





A+  A-

“2016-cı ilin 31 dekabr tarixinə olan məlumatlara əsasən ölkədə olan və ya yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 111 988 nəfər olub. Onlardan 63580-i olduğu yer üzrə qeydiyyata alınıb, 24-nün müvəqqəti olma müddəti uzadılıb, 37752-si müvəqqəti yaşamaq üçün icazə, 10559-u daimi yaşamaq üçün icazə, 73-ü isə qaçqın statusu alıb”.
XəzərNews.az-ın xəbərinə görə, bu Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, ötən il qaçqın statusu almaq niyyətində olan 95 əcnəbi (ailə üzvləri ilə birlikdə 209 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib: “Onlardan əvvəlki hesabat dövründə daxil olmuş müraciətlər də nəzərə alınmaqla, 31 (ailə üzvləri ilə birlikdə 52 nəfər) əcnəbi barədə qaçqın statusunun verilməsi haqqında vəsatətlərin təmin olunmamasına, 49 (ailə üzvləri ilə birlikdə 119 nəfər) əcnəbi haqqında qaçqın statusu verilməsindən imtina edilməsinə dair qərarlar qəbul edilib. 2016-cı il ərzində 4 ərizəçiyə (ailə üzvləri ilə birlikdə 16 nəfər) qaçqın statusu verilib, 17 əcnəbinin (ailə üzvləri ilə birlikdə 36 nəfər) vəsatəti isə icraatdadır. Hazırda qaçqın statusu almış 50 şəxs (ailə üzvləri ilə birlikdə 73 nəfər) Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır”.

Xəbər 2364 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +