Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


02.07.2023  10:55 

Hava isti keçəcək





A+  A-

İyulun 2-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti iyulun 01-i axşamadək davam edib. İyulun 2-də gecə və səhər əsasən yağmursuz keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Qobustanda 10 mm-dək, Astarada 8 mm-dək, Qrızda 6 mm-dək, Lerik, Ağdam, Sabirabad, Cəfərxan, Şamaxı, Oğuz, Qəbələ, İsmayıllı, Quba, Xaltan, Şahdağ, Tərtər, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Neftçala, Lənkəran, Biləsuvarda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Qeyd olunub ki, Qrız, Şahdağ, Biləsuvar, Salyan, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturuna gəlincə, iyulun 1-də Bakıda iqlim normasından 2 dərəcə aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28 dərəcəyədək isti, Naxçıvan MR-da 35 dərəcəyədək isti, dağlıq rayonlarda 21 dərəcəyədək isti, aran rayonlarında 31 dərəcəyədək isti olub.

İyulun 2-4-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi üstünlük təşkil edəcək.

Xəbər 2543 dəfə oxunub.




11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +