Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


04.02.2025  17:00 

Rövşən Mehdiyev həbsdə qaldı





A+  A-

"Union Logistika” yükdaşıma şirkətinin ötən həftə əvvəl həbs edilən rəhbəri Rövşən Mehdiyev sərbəst buraxılmaq istəyir.

XəzərNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şirkət rəhbəri 4 aylıq həbs qərarından apellyasiya şikayəti verib.

Mehdiyev hesab edir ki, heç kimi aldatmayıb, sadəcə yüklərin Çindən gətirilməsində problemlər yaranıb. Bu səbəbdən həbsdə qalmasına ehtiyac yoxdur.

Bakı Apellyasiya Məhkəməsi işdə dəyişən hal olmadığını, sifarişçi sahibkarların mallarını hələ də ala bilməməsini əsas gətirərək əvvəlki qərarı dəyişməyib.

Qeyd edək ki, R.Mehdiyev tanınmış biznesmendir. Onun Çin, Türkiyə, Qırğızıstan kimi ölkələrdə şirkətləri var. O, dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən "Caspian Energy Club”un Qırğızıstan nümayəndəliyinin də sədridir.

Mehdiyev "Union Logistika”nın müştəriləri qarşısındakı öhdəliyini yerinə yetirmədiyindən polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Xəbər 3571 dəfə oxunub.




11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +