İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


29.09.2025  12:08 

Deputat Anım Gününü səhv saldı, xalqı təbrik etdi





A+  A-

Həftənin cümə günü Masallı rayonunda keçirilən “Çəltik və düyü festivalı” bir çox məqamları ilə yadda qalıb.

Ən yaddaqalan məsələ isə deputat Cavanşir Paşazadənin çıxışı olub.

Belə ki, Paşazadə Şəhidlərimizin Anım Günü ilə bağlı tədbir iştirakçılarını təbrik edib. O deyib: “Bu tədbir çox gözəl bir gündə keçirilir. Bildiyiniz kimi, sabah bizim suverenliyimizin, qələbəmizin 5 ili tamam olur. Hər birinizi sabahkı gün münasibətilə təbrik edir, sizə cansağlığı arzulayıram”.

Lakin millət vəkilinin bu sözləri tədbir iştirakçıları tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə və yerli ictimai mühitdə onun çıxışı sərt tənqid olunub.

Çünki 27 sentyabr – Anım Günü 2020-ci ilin İkinci Qarabağ müharibəsində həlak olan qəhrəmanların xatirəsinə həsr olunub. Bu gün qələbə bayramı deyil, matəm və ehtiram günüdür. Millətə bu gündə təbrik ünvanlamaq, üstəlik Zəfər Gününü (8 noyabr) Anım Günü ilə qarışdırmaq, çoxları tərəfindən “siyasi savadsızlıq” və “biabırçılıq” kimi dəyərləndirilib.

Tənqidçilərin sözlərinə görə, Anım Günündə millətə başsağlığı verilməli, şəhidlərin ruhuna hörmət göstərilməlidir. Əks halda, bu cür çıxışlar şəhid ailələrinə və cəmiyyətin ümumi yaddaşına hörmətsizlik kimi qəbul olunur.

Xatırladaq ki, Anım Günü — 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ müharibəsində həlak olan qəhrəmanların xatirəsinə ehtiram günü kimi təsis olunub./Tribunainfo.az



Xəbər 3116 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +