İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


04.04.2021  11:48 

Londonda etiraz aksiyası, saxlanılanlar var





A+  A-

Böyük Britaniya paytaxtında manifestasiyaların dağıdılması zamanı polisin səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan qanun layihəsinə qarşı etiraz aksiyası zamanı 26 nümayişçi saxlanılıb.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Londonun hüquq-mühafizə orqanlarının yaydığı məlumatda deyilir.

“Polis əməkdaşlarına hücum və ictimai asayişin pozulması da daxil olmaqla, müxtəlif hüquq pozuntularına görə 26 nəfər saxlanılıb”, - məlumatda qeyd olunub. Polis dəqiqləşdirib ki, saxlanılanların birindən soyuq silah götürülüb. Polis əməliyyatı davam edir, bu səbəbdən saxlanılanların sayı arta bilər.

Onların qiymətləndirməsinə görə, Londonun mərkəzində nümayişdə 2 minə yaxın insan iştirak edib. 10 polis əməkdaşı aqressiv əhval-ruhiyyəli manifestantlarla toqquşmalarda kiçik zədə alıb.

Ümumilikdə, Böyük Britaniyada sözügedən qanun layihəsinə qarşı keçirilmiş etiraz aksiyalarında minlərlə insan iştirak edib. Bir neçə həftə əvvəl Bristol şəhərində keçirilən dinc nümayiş iğtişaşlara çevrilib.



Xəbər 3181 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +