Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


25.03.2023  13:23 

Məktəbləri restoranlara çevirək... - Bir elanın təəsüratından doğan yazı





A+  A-

Gözəlim məmləkətdə ən çox tənqidə məruz qalan sahə təhsildir. Pisləmək vərdişimi çoxdandır yaşıma, başıma, mövqeyimə, düşüncəmə qurban vermişəm. Gileylənmək, mühakimə etmək, tıncıxmaq kimi hərəkətləri sürətlə tərgidirəm. Yaşı 48, özü jurnalist olanın hələ 32-ci ilini yaşayanı ölkədə həyat ömrünün təbii şəkildə bitməsinə uzağı elə 32 il qalar. Heç olmasa ömrümün yarıdan azını rahat yaşayım arzusuyla hadisələrin fövqünə qalxmaq istəsəm də aşağıdakı qarmaqarışıqlığı görüb enməyə bilmirəm.

Enməmək olmur, arxadan balam gəlir, nəvəm gələcək, nəticəm gəlməlidir, qurban olduğum azərbaycanlıların yavruları aşağıda xeyli ömür-gün sürəcəklər. Sükandan doğru-düzgün yapışmağı onlara öyrətmədən çıxıb getsək məmləkətimiz uğrunda canından keçənlərin axirət evində üzlərinə baxa bilmərik, bu günahla da o deyilən cəhənnəm əzabında yanarıq.

Hərdən yaşı da, başı da, mövqeyi də, dincliyi də unudub fövqündənalikdən gileyli-gileyli aşağı enməyə məcbur olursan. Problem o dərəcədə geniş, o dərəcədə dərin, o dərəcədə cəzbedicidir ki, onun içərisinə düşməyə bilmirsən. Əlbəttə, adı təhsildir, yox, təhsilsizlikdir o problemin adı.

Bu mövzuda yazmağa həm də ona görə utanıram ki, hamı eyni fikri yana-yana min dəfələrlə söyləyib, söyləyir, lənət olsun şeytana, söyləməkdə davam edəcəklər də.

Uzatdım, bilirəm. Ceyhunluğum tutub deyəsən.

Konkret: bu foto var ha, məhəlləmizdəki kiçik mağazanın pəncərəsinə vurulmuş elanın şəklidir. Uşaqlarımızı 5-ci sinifdən riyaziyyat müəlliminin yanına göndərməyə dəvət olunuruq. Göndəririk. 5-ci sinif nədir, qardaşımın övladına 5 yaşından əlavə müəllim tutuldu ki, ona hərfləri, məntiqi, hesablamanı, oxumağı öyrətsin.



10-11-ci sinif şagirdlərinin orta məktəbdə keçdikləri, yaxud keçilməli olan fənnləri qapı-qapı düşüb hətta öz müəllimlərindən onların evində öyrənməsi xəstəliyinə əlac tapmamış, bütün siniflər bu ağır, qorxuram da deməyə, sağalmaz xəstəliyə yoluxdular.

Azərbaycan çar Rusiyasının əsarətində olanda qapı-qapı düşüb uşaqları “uşkola” cəlb edirdilər, müstəqil Azərbaycanda sinif-sinif düşüb qapılara səsləyirlər. Qapılarda qalmışıq. Belədirsə, məktəblərin xidməti funksiyasını dəyişək.

Həmin məkanlardan yaxşı restoran çıxar, yataqxanaya da yarayır, qəşənglərini otelə də çevirmək olar, lap motel olsun.

Nə olur-olsun, məktəb olmasın.

Nə olur-olsun uşaqlar ali məktəbə imtahan versinlər.

Nə olur-olsun müsabiqədə iştirak üçün pul ödənilsin.

Nə olur-olsun, ali məktəbə qəbul olsunlar, sonra oranı bitirib işləmək üçün bir ömür böyu imtahan versinlər – magistratura, doktorantura, dövlət qulluğu, sertifikatsiya, müsabiqə...

Nə olur-olsun qapılara düşsünlər, girinc qalsınlar, əllərinə nəhayət ki, diplom alsınlar.

Diplomluların sayı iş yerlərinin sayından on dəfələrlə çoxdur, peşəyə yiyələnənlərin sayı peşələrin sayından on dəfələrlə azdır. Bakalavr, magistr, alim istehsalı üzrə rekord göstəricilərə malikik, usta tapmaqsa yayda qar axtarmağa bərabərdir.

Şair Salamın misrasıdır:

O ağ gün günlərin lap altındadır
Kömək et, çıxaraq çölə bu ömrü


Ömrümüzü içimizdə basdırırıq. Azərbaycanlının ömrü onun balasıdır. Balaları da diplom almaq eşqinə küçələrə salmışıq. Belə ömür diri qala bilməz!

Ceyhun Musaoğlu



Xəbər 745 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +