Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


24.02.2023  12:11 

Boris Conson NATO-nun baş katibi ola bilər





A+  A-

Boris Conson Ukrayna telekanalına müsahibəsində NATO-nun Baş katibi postuna namizəd olduğunu bildirib.

Xatırladım ki, Conson baş nazir kimi istefaya getdikdən dərhal sonra “Teleqraf” nəşri onun NATO-nun baş katibi ola biləcəyini və bu səbəbdən baş nazir postundan getdiyi ehtimalını irəli sürmüşdü. Boris Consonun NATO-nun baş katibi ola biləcəyi ilə bağlı ekspertlər səviyyəsində açıqlamalar isə 2022-ci ilin avqustundan gündəmindədir. Amma ilk dəfədir ki, Conson özü bu barədə danışıb və həm də Ukrayna telekanalına müzakirəsində.

Qeyd edim ki, NATO-nun indiki baş katibinin səlahiyyət müddəti 2023-cü ilin avqustunda başa çatır. Boris Consonun namizədliyinin hələ 2022-ci ilin sonlarında qeydə alındığı və üzv ölkələrin müzakirəsinə təqdim edildiyi barədə məlumatlar da var.

Əgər bu məlumatlar doğrudursa və Conson öz namizədliyi barədə açıq danışmağa başlayıbsa, o zaman müzakirələrin müsbət zəmində aparıldığını söyləmək olar.

NATO-da baş katibi ilə bağlı qərar diplomatik məsləhətləşmələr və konsensus yolu ilə qəbul olunur. Alyansda səsvermə anlayışı yoxdur. Yəni əgər baş katibin namizədliyi ilə bağlı ortaq razılıq əldə olunubsa, o zaman onun adı NATO-nun ali orqanının Şimali Atlantika Şurasının gündəliyinə təqdim olunur və elan edilir.

Consonun NATO-nun baş kativi olmağa şansı varmı? Əlbəttə ki, var. Baş nazir olduğu müddət ərzində Rusiyanın Ukraynaya hərbi müdaxiləsi müstəvisində Conson özünü cəsarətli, prinsipial və qətiyyətli lider kimi tanıda bilib və bu da ona təkcə Ukraynada deyil, Rusiyanın əzici təsir gücündən xilas olmaq istəyən, yaxud Rusiya təhlükəsindən qorunmaq üçün daha ciddi müdafiəyə ehtiyac duyan ölkələrdə də böyük nüfuz qazandırıb.

Conson Rusiya-Ukrayna müharibəsinin fonunda NATO-nu gücləndirə, mərkəzdənqaçma meyllərini aradan qaldıra və təkcə Rusiya üçün deyil, qlobal güc olmaq iddiasına düşən ölkələr, o cümlədən Çin üçün də ciddi problemlər yarada bilər.

NATO-nun baş katibi hərbi planlaşdırma prosesində iştirak etməsə də, onun siyasi qərarların qəbul edilməsində rolu az deyil.

Boris Conson NATO-nun şərqə doğru genişlənməsinin, Avrasiya məkanında Rusiya və Çinin hərbi-siyasi təsir imkanlarının minimuma endirilməsinin, Alyansın bütün dünyanın istisnasız olaraq qəbul etdiyi və hesablaşdığı hərbi-siyasi güc kimi rolunun artırılmasının tərəfdarıdır. Onun bu bağlamda Türkiyənin roluna verdiyi önəmi də diqqətə almağın tərəfdarıyam.

Elçin Mirzəbəyli

Xəbər 445 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +