İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


25.12.2022  18:36 

Erməniləşən Fransanın sovetləşən ziyalıları





A+  A-

Fransa ermənilərə görə əldən-ayaqdan gedir. Fransanın prezidenti, Parlamentinin aşağı və yuxarı palataları, Xarici İşlər Nazirliyi... özlərini erməniləri himayədarı kimi aparırlar…

Ən maraqlısı odur ki, Avropada rəsmən 44 ölkə var. Yalnız və yalnız Fransa Ermənistana görə özünə əl qatıb. Laçın yolu ilə bağlı BMT-də keçirilən son müzakirələrin də təşkilatçısı Fransa idi...

İndi də Fransanın 200 ziyalısı Laçın yolunun açılması ilə bağlı birgə müraciət qəbul edib. Fransanın ziyalıları da Sovet ziyalılarına dönüb. Fransa hakim dairələri onlardan da siyasi alət kimi istifadə edirlər. Ən azı ona görə ki, Azərbaycan torpaqları erməni işğalı altında olanda, Qarabağdan 1 milyon azərbaycanlı qovulanda həmin ziyalılar ağzına su almışdı və açıq-gizli şəkildə erməniləri müdafiə edirdilər. Təbii ki. bu, heç bir halda ziyalı mövqeyi sayıla bilməz...

Aydın görünür ki, Fransa Ermənistan üzərindən Cənubu Qafqaza daxil olmağa çalışır. Bu proses Rusiyanın zəifləməsi fonunda baş verir...

Mənim düşüncəmə görə, biz Fransanı açıq şəkildə Cənubi Qafqazda sülhə əsas mane kimi ittiham etməliyik. Bildirməliyik ki, Fransa unitar ölkədir və öz ərazisində mövcud olan 12 separatçı hərəkatın heç biri ilə danışıqlara getmir. Eləcə də Avropada mövcud olan 260-a yaxın separatçı hərəkatın heç birini rəsmən müdafiə etmir. Azərbaycanda isə erməni separatizminə dəstək verir. Türkiyədə isə PKK-nın yanındadır. Niyə? Rəsmən deyilməlidir ki, özü də prezident səviyyəsində, Fransa keçmiş SSRİ məkanında mövcud olan bütün separatçı hərəkatlara qarşıdır. O cümlədən, Ukrayna, Gürcüstan və Moldovada separatizmə qarşı yer alır. Azərbaycanda isə separatçıların qarşında yox, yanında, onlarla çiyin-çiyinə dayanır. Və Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına mane olan əsas ölkələrdən biri də Fransadır.

Azərbaycan prezidenti isə bunları demir. Niyə demir? Ola bilər ki, cənab prezident hesab edir ki, hələ sınma nöqtəsinə gəlib çatmamışıq. Yalnız o nöqtəyə vardıqdan sonra İlham Əliyev bu barədə danışacaq...

Bir daha deyirəm: Heç bir halda, yəni hansısa ölkələrin təzyiqi altında Şuşa yaxınlığında keçirilən aksiyanı dayandırmaq olmaz. Bizə konkret nəticə lazımdır. Məsələn, Azərbaycan tərəfi Laçın yoluna total şəkildə nəzarət etməlidir. Qarabağın ermənilər yaşayan ərazisindəki bütün təbii sərvətlər Azərbaycan dövlətinin nəzarəti latına keçməlidir. Ərazidəki erməni yaraqlıları tərk-silah edilməlidir. Bütün dünya bilməlidir ki, Ermənistan Zəngəzur dəhlizinə razılıq verməsə Laçın dəhliz statusunu itirəcək, üstəlik Azərbaycan tezliklə Ermənistanı Gürcüstanla birləşdirən Lars yolunu da bağlayacaq...

Ümumiyyətlə, Qarabağ ermənilərinin Ermənistandan asılılığına son qoyulmalıdır. Yəni Qarabağ ermənilərinin bütün ehtiyacları Azərbaycan tərəfindən qarşılanmalıdır. Nə qədər ki, Qarabağ erməniləri Ermənistandan asılıdır separatizmə son qoymaq müşkül olacaq...

Qondarma Dağlıq Qarabağın qondarma prezidenti Araik Harutyunyan son hadisələrlə bağlı deyir ki, Azərbaycanın tələblərin qəbul etmək mümkün deyil. Azərbaycan hansı tələblər irəli sürüb? Bəlli deyil. Ancaq aydın olan odur ki, rəsmi Bakı getdikcə tələblərini sərtləşdirir...

Bir şeyi də deyim. Ermənistan nümayişkaranə şəkildə Rusiyaya dirsək göstərdi. Xarici işlər nazirini Moskvaya göndərməkdən imtina etdi. Azərbaycan tərəfi yaranmış vəziyyətdən maksimum yararlanaraq Rusiyadan daha çox güzəşt qoparmağa çalışmalıdır. Belə fürsət ələ düşməz...

Fransız ziyalılarının məktubunda da vurğulanır ki, Qarabağda 120 min erməni yaşayır. Digər tərəfdən də iddia edirlər ki, Azərbaycan Qarabağda etnik təmizləmə siyasəti aparır. Bu necə etnik təmizləmə siyasətidir ki, müharibədən əvvəl də, indi də Qarabağda 120 min erməni yaşayır...

Söhbət ondan gedir ki, Qərbə lazım olanda Qarabağda 120 min erməni yaşayır, lazım olmayanda isə Azərbaycan Qarabağda etnik təmizləmə siyasəti aparıb. Bu iddiaların hansı doğrudur? Eyni vaxtda bu iddiaların hər ikisi doğru ola bilməz...

Bu xəmir hələ çox su aparacaq. Biz əzimlə öz işimizi davam etdirməliyik. Heç kimdən çəkinmədən. Hər bir soydaşımız da bilməlidir ki, Azərbaycan Qarabağ məsələsində sonuna qədər haqlıdır.

Bu arada Azərbaycan tərəfindən səslənən sülh çağırışları çoxalıb. Buna ağrılı münasibət sərgiləyənlər də var. Məncə, nahaq yerə. Azərbaycan bütün parametrlər baxımından Ermənistandan üstün mövqedədir. Ona görə də bu kimi çağırışlardan bizə ziyan gəlməz. Yadınızdaırsa, Ermənistan 20 faiz torpağımızı işğal edəndə gecə-gündüz sülhdən danışırdı. 44 günlük müharibədən sonra bəlli yerdəyişmə baş verib. Hazırkı sülhə çağırışlar da Azərbaycanın xeyrinədir...

Elbəyi Həsənli,
Sürix


Xəbər 506 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +