İlham Əliyevdən Novruz təbriki - MƏTN
“Araz Supermarket” cərimələndi
Tenderə nəzarət edən qurum özü qanunsuz tender keçirir?
“Əvvəl də at kimi kişnəyən müğənniciklər var idi”
Ceyhun Bayramov Yens Stoltenberq ilə görüşüb
Zakir Həsənov Stoltenberqlə görüşüb - VİDEO
“Taksilərin sayı azaldılır, qiymətlər qalxacaq“
Məna Əliyev xəstəxanaya yerləşdirilib
Biz onların üzərinə getməliyik!
Qubada qanunsuz tikili sökülüb-VIDEO


06.12.2022  19:37 

Mən də etnik azlığın nümayəndəsiyəm





A+  A-

“Türk qanlı” məsələsi ilə bağlı bir-iki kəlmə də mən deyim. Mən də “türkqanlılar” sinfinə daxiləm. Mənim düşüncəmə görə, “türk qanlı” ifadəsi məcazi mənada işlənir və cəsurluq, döyüşkənlik ruhu anlamında qavramaq gərəkir.

Azərbaycanda mən türk və şiə olduğuma görə etnik və dini çoxluğun nümayəndəsiyəm. Ancaq mən İsveçrədə yaşayıram. Bu ölkənin vətəndaşıyam. Müvafiq olaraq İsveçrədə mən etnik və dini baxımdan azlığın nümayəndəsiyəm.

Azərbaycanda yaşayan qeyri türklərə və qeyri şiələrə əgər mən pis gözlə baxıramsa, yəni özümü onlardan ali bilirəmsə, deməli, mənim tərbiyəmdə, təhsilimdə və ya dünyagörüşümdə nəsə problem var. Bir xalqı, bir dini, bir irqi digərlərindən üstün tutmaq faşizmdən başqa bir şey deyil.

Azərbaycan etnik baxımdan zəngindir. Təbii ki, Azərbaycan bu məmləkətdə yaşayan bütün xalqların vətənidir. “Azərbaycan türk dövlətidir” ifadəsi bəzilərinin xoşuna gəlmir. Ancaq bu, bir reallıqdır. Əlbəttə, Azərbaycanın türk dövləti olması heç də o demək deyil ki, Azərbaycan talış dövləti deyil və ya dağlı dövləti deyil. Eyni zamanda, Azərbaycan şiə dövlətidir. Ancaq biz Azərbaycanda yaşayan sünni, xristian və ya musəvi qardaşlarımızın haqqını dana bilərikmi? Qətiyyən yox.

Azərbaycanda etnik və dini azlıqların nümayəndəsi ilə etnik və dini çoxluğun arasında bərabərlik işarəsi olmalıdır. Tutaq ki, mən bir türk və şiə kimi, etnik baxımdan ləzgi olan bir sünnidən özümü üstün saya bilmərəm. Sayıramsa, deməli, mən faşistəm. İnsanlıqdan uzaq düşmüşəm...

Ancaq orası da var ki, zaman-zaman bəlli dairələr ehtiyatsız şəkildə ifadə olunmuş bu və ya digər fikirdən, ifadədən yapışaraq etnik azlıqlar arasında türklərə qarşı əks-təbliğat aparırlar. Özü də çox həyasız şəkildə.

Bir dəfə yazmışdım. Kimsə türkə deyirsə ki, avar, udin, tat... sənin düşmənindir, tüpürün onun üzünə. Bilin ki, o, hər kimdisə, Azərbaycanın düşmənidir. Eyni zamanda bir dağlıya, talışa, yəhudiyə kimsə desə ki, türklər sizin düşməninizdir, onlar da gərək həmin adamın üzünə tüpürə. Və bilə ki, həmin adam aranı qarışdırır. Min illərlə bu torpaqlarda yaşamış insanları bir-birinə düşmən etməyə cəhd göstərir.

O da sirr deyil ki, İran, Rusiya və Ermənistan kimi ölkələr açıq şəkildə Azərbaycanda etnik və dini azlıqlardan dövlətimizi zəiflətmək və vətənimizdə ağalıq etmək üçün istifadə etməyə çalışırlar. Bu tora düşənlər də var. Onların adları da, əməlləri də ortadadır...

Bəzi dostlarımız deyir ki, siz türklər də İranda etnik azlıqsız. Ancaq İrandan ayrılmaq uğrunda mübarizə aparırsız. Niyə özünüzə rəva görmədiyinizi bizə rəva görürsüz?

İranda türklər etnik azlıq deyil. Biz çoxluğu təmsil edirik. Hazırda İran adlanan məmləkətin son min ildə hökmdarlarının əksəriyyəti türk olub. İndi ora İran deyilir.

Ancaq əvvələr o ölkənin adı Səfəvilər, Qacarlar... dövləti adlanıb.

Bir şeyi də deyim. Biz istəyirik ki, Türk Dövlətləri bir bayrağın altında birləşsin. Bəziləri etnik və dini səbəbdən buna qarşı çıxır. Belə bir rəy formalaşdırmağa çalışırlar ki, Turan adlanacaq ölkədə etnik azlıqların hamısı assimilyasiya olacaq. Yəhudilər ən azı 2 min ildir ki, Azərbaycan ərazisində yaşayırlar. Hələ indiyə kimi bir yəhudi “mən türkəm” deməyib. O yəhudi Turan dövlətində də yaşasa, yəhudi kimi yaşayacaq. Eləcə də digər etnik qruplar.

Niyə biz Turan qurmaq istəyirik? Çünki kiçik balıqlar böyük balıqlara yem olur. Biz böyük bir ölkə yaratsaq öz var-dövlətimizə özümüz sahib olacağıq. Hansısa imperialist ölkə gəlib bizim var-dövlətimizə şərik olmayacaq...

Yuxarıda vurğuladım: İsveçrədə mən etnik və dini baxımdan azlığın nümayəndəsiyəm. Ancaq kimsə mənə qarşı diskriminasiya xarakterli bir davranış sərgiləyə bilməz. Kimsə belə bir istəkdə bulunsa, cavabını alar.

Azərbaycanda da bu, belə olmalıdır. Hər bir vətəndaş, o cümlədən etnik və dini azlıqların nümayəndəsi özünü Azərbaycanı səmimi olaraq öz vətəni hesab etməlidir. Azərbaycanda kimsənin haqqı etnik və dini amilə görə pozulmamalıdır. Pozulursa, deməli, bizim dövlətimiz insani dəyərlərə söykənməyib. Hitler kimi biz də yanlış yola düşmüşük. Bu ölkənin dəyərlərini dəyişmək lazımdır. Özü də mümkün qədər tez...

Ancaq mən əminəm ki, Azərbaycanda etnik və dini kimliklə bağlı elə bir ciddi problem yoxdur. Hə, problemin olması illüziyasını yaratmağa çalışan müəyyən dairələr var...

Onu da əminliklə deyə bilərəm ki, Azərbaycanda demokratik dəyərlər önə çıxdıqdan sonra bu kimi söz-söhbətlərə birdəfəlik son qoyulacaq. Təbii ki, dövlət etnik və dini azlıqların hüquqlarına sözdə yox, əməldə ehtiram göstərməlidir. Yəni etnik və dini azlıqlara azadlıqlar artıqlaması ilə verilməlidir. Bundan sui-istifadə edən və separatizmə meyllənənləri isə dərhal və ən ağır şəkildə cəzalandırmaq lazımdır...

Elbəyi Həsənli

Xəbər 423 dəfə oxunub.



19.03.2024  00:00 

Bu gün İlaxır çərşənbədir

18.03.2024  19:15 

Gəncədə bıçaqlanma olub

18.03.2024  19:07 

Naxçıvanda İnstitut yaradılıb

18.03.2024  19:03 

AFFA bu klubları cərimələdi

18.03.2024  17:31 

Türkiyədə partlayış olub

18.03.2024  15:29 

İmtahan nəticələri elan olundu


BÜTÜN XƏBƏRLƏR +