Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


09.05.2024  18:49 

“Anadolu Ankası - 2024” beynəlxalq axtarış xilasetmə təlimi davam edir -VİDEO





A+  A-

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Ankası - 2024” beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

Xəzərnews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimin növbəti günündə iştirakçılara təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqlar və onların icra ardıcıllığı, axtarış-xilasetmə tədbirinin görüləcəyi ərazinin relyefi, quruluşu və iqlimi ilə bağlı zəruri məlumatları əks etdirən brifinq təqdim edilib.

Təlimin planına əsasən, ərazinin vizual müşahidəsi aparılmaqla şərti düşmən obyekti qiymətləndirilib, daha sonra onun avtomobil kolonu pusquya salınıb və terror qruplaşmasının üzvləri ələ keçirilib.

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və aviasiya vasitələrinin də iştirak etdiyi təlimin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən iştirakçı ölkələrin hərbi qulluqçuları arasında qarşılıqlı uzlaşma və təcrübə mübadiləsinin təmin edilməsidir.//Yenisabah



Xəbər 6384 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +