Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


10.05.2024  12:45 

AZƏRBAYCANI DÜNYAYA TANIDACAĞAM - 17 YAŞLI SOYDAŞIMIZ -VİDEO





A+  A-

Xəzərnews.az xəbər verir ki, Diaspora.TV-də “Uğurlu Soydaşın” növbəti qonağı Almaniyada yaşayan həmyerlimiz, 17 yaşlı futbolçu Elgün Əliyev olub.

E.Əliyev öz uğur hekayəsindən bəhs edib. 7 yaşından futbolçu olmaq qərarına gələn soydaşımız gələcəkdə Azərbaycanı dünyada təmsil etmək arzusundadır. O, hazırda “Osterrönfelder TSV” komandasında oynayır.

Qonağımız söhbət zamanı qeyd edib ki, 2 ildir həm də futbol müəllimi kimi çalışır. Onun tələbələri müxtəlif yaş qruplarından və ayrı-ayrı ölkələrdən olan idmançılardır.

Bir yaşından Azərbaycandan kənarda yaşayan soydaşımızın sözlərinə görə, Azərbaycan futbol yığmasından ona təklif gəlsə dəyərləndirəcək. Çünki, onun arzularından biri də vətəndə oynamaqdır.

Müsahibimizin sözlərinə görə, Rendsburq şəhərində çox az sayda azərbaycanlı ailə yaşasa da, onlar fəal deyillər. Bu səbəbdən həmvətənlimiz məktəbdə və idmandakı çevrəsinə ölkəmiz haqqında valideynlərindən öyrəndiklərini çatdırmağa, vətənimizi tanıtmağa çalışır.


E.Əliyev bu kimi uğurları qazanmasında ailəsi və müəllimlərinin ona dəstək verdiyini bildirib.




Xəbər 6484 dəfə oxunub.






BÜTÜN XƏBƏRLƏR +