Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


05.12.2022  09:00 

Özünəqəsd – “əmanətə” xəyanət





A+  A-

Allahın verdiyi ömür – can şübhəsiz, hər kəsə şirindir. Və ölüm haqq olsa da, heç kəs “vaxtsız” ölmək, əcəli “yaxına” buraxmaq istəmir. Həyatın şirinliyi elə bundadır – bir gün öləcəyini bilsən də, sanki ölməyəcəyini yəqinləşdirərək ömür sürürsən. Bu, Yaradanın insana bəxş etdiyi qeyri-adi bir hissdir.

Dünyaya pünhan gəlib, pünhan getmək imkansız olduğundan hərə ona verilən ömür payını yaşamağa sadəcə, “məhkumdur”. Lakin Allahın “ömür” adlı əmanətinə xəyanətdə bulunmaq – ona qəsd etmək islam dini baxımından (həmçinin, digər səmavi dinlərdə də) böyük günahlardan sayılır. Şəriət hökmlərinə görə, özünə qəsd etmişlərə hətta yas tutub ehsan vermək, Quran surələrini oxumaq da haramdır. Canı verən və alan Allah olduğundan kimsənin belə bir cəsarətdə bulunması mütləq olaraq yolverilməz sayılır.

İnsan özünə qəsd etməklə ən böyük nemət olan canı – ilahi əmanəti Allahın Özünə “qaytarır”, yəni verilmiş “paydan“ imtina edir. Və bununla da axirətini yandırmış – cənnət qapılarını üzünə bağlamış olur.

Bir çox dini ədəbiyyatlarda açıq mətnlə yazılır ki, özünə qəsd edib həyatına son verənlərin ruhu ərşi-əlada (ruhlar aləmində) rahatlıq tapmadığından kabus kimi sərkərdan dolanır və qiyamətədək “məkansız” qalır. Allah Qurani-kərimdə insanlara bütün açıq və gizli mətləbləri anladır ki, ilahi buyruqlardan “kənara” çıxmaq insanın özünə zülm etməsində başqa bir şey deyildir. Müqəddəs kitab yalnız Allah yolunda ölümü (öldürməyi) şərəfli hesab edir, bunu təqdiredici hal kimi dəyərləndirilir: “Allah yolunda öldürülənlərə ölü deməyin, onlar diridirlər, lakin siz onu dərk etmirsiniz”. (Bəqərə, 154).

Yuxarıdakı ayənin “Bədr” savaşının şəhidləri ilə bağlı nazil olmasına baxmayaraq, bu, təkcə onlara məxsus deyil, Allah yolunda öldürülən bütün insanlara, həmçinin doğma Qarabağımızın azadlığı uğrunda canlarından keçənlərə də şamildir. Demək, fiziki ölümlə heç nə sona yetmir, bu, sadəcə axirətin başlanğıcıdır – yeni bir aləmə qədəm qoymanın ilk mərhələsidir.

Özünəqəsdin qarşısına sədd çəkə biləcək yeganə qüvvə qəlb rahatlığıdır. Əlbət ki, qəlb rahat olarsa, ömür də gözəl və mənalı keçər. Bu rahatlığıın ağuşuna düşməyin tək bir yolu vardır: Allaha tükənməz iman və mərifət sayəsində buna yetişməyin mümkünlüyünü müqəddəs kitabımız bizə dönə-dönə xatırladır.

Bütün bunları ümumiləşdirsək, belə bir qənaət hasil olar ki, insan ona verilən həyatı gözəlləşdirib yaşamağa və həyatdan zövq almağa qadirdir, əslində buna mükəlləfdir desək daha düzgün alınar. Çünki dünya həyatı hər kəsə bir dəfə verilir. Verilir ki, o dünyaya gərək olan “yükü” bağlaya bilək. Onsuz da hərə öz “yükünü” daşıyacaq.

Özünəqəsdlə onu ağırlaşdırmaq bütün hallarda qəbuledilməzdir.

Vasif HÜSEYNOV
XəzərNews


Xəbər 488 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +