Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


30.08.2022  19:06 

“MALİBO” MMC fəhlələrin pulunu vermir, “hara istəyirsiniz şikayət edin” deyir…





A+  A-

Ölkədə “MALİBO” MMC adlı bir tikinti şirkəti, daha doğrusu kabusu dolaşır. Sahibinin sabiq deputat Əsabil Qasımov olduğu bildirilən bu şirkət insanların evlərini əllərindən aldıqları kimi, o evləri tikən fəhlələri işlədib pullarını vermir. Maraqlıdır ki, ötən illərdə Prezident Administrasiyasına haqlarında şikayət daxil olan onlarla şirkətdən biri də məhz "Malibo" MMC-dir.

XəzərNews.az-a müraciət edən Cəlilabad rayon sakini Yarıyev Fariz Zülfüqar oğlu bildirir ki, Nizami rayonunda “MALİBO” MMC-yə məxsus binada aylarla fəhlə işləsə də 1000 manata qədər əmək haqqını ala bilmir:


Fotoda Şikayətçi Fariz Yarıyev

“Dəfələrlə MMC-nin meneceri Nicat Sadıqova müraciət etsək də pulumuzu vermir. Deyir, vermirəm, gedin kimə deyirsiz deyin. İş orasındadır ki, N.Sadıqov mənim və digərlərinin adına “Paşa Bank”da hesab açdırıb, kartı alıb və hər ay da karta daxil olan əmək haqlarımızı mənimsəyib. Bu artıq oğurluqdur”.

Fariz Yarıyev bildirir ki, onun adına olan kartın “Paşa Bank” tərəfindən başqasına verilməsi da ayrı bir qanunsuzluq, cinayətdir: “Mən “Paşa Bank”a getdim, yoxlatdırdım, hər ay kartıma nə qədər vəsait daxil olduğunu öyrəndim. Bu barədə Daxili İşlər Naizrliyinə, Bakı şəhər Baş Polis İdarəsinə müraciət etdim, hamısı da cavab yazıb ki, məhkəməyə müraciət et. Mən deyirəm ki, ay dövlət adamları, bu şirkətin nümayəndələri mənə qarşı oğurluq edib, kartımı qeyri-qanuni ələ keçirərək mənə məxsus vəsaiti mənimsəyiblər, cavab verən yoxdur…”



F.Yarıyev deyir ki, problemlə bağlı Dövlət Əmək Müfəttişliyinə də şikayət edib: “Bütün sənədlərimi Müfəttişliyə təqdim etdim. Bir neçə gün sonra müfəttiş zəng edib, deyir ki, məhkəməyə ver. Ay qadanızı alım, mən məhkəməyə verəcəyəmsə, siz kimə və nəyə lazımsız?”

F.Yarıyev “MALİBO” MMC-nin Nicat Sadıqov adlı meneceri təkcə onu deyil, atasını və bacısının həyat yoldaşını da aldatdığını iddia edir: “Bacımın həyat yoldaşı Quliyev Bəhruz Ələşrəf oğluna 11 500 manat, atam Yarıyev Zülfüqar Sulduz oğluna isə 650 manat pul verməlidirlər. Hər üçümüzün adına eyni qaydada bankda hesab açıb, kart alıb özlərində saxlayıblar. Hər ay da əmək haqlarımızı karta daxil edərək mənimsəyiblər. Bu qədər bəsid…”



F.Yarıyev deyir ki, bu məsələyə dövlət qurumları biganə yanaşsa da Allah götürməz: “Yadınızdadırsa Əsabil Qasımovun oğlu necə dünyasını dəyişdi, Allah rəhmət eləsin… Bəli, insanların alın təri ilə qazandıqlarını yemək olmaz. Bir gün gec, bir gün tez… Uca Yaradan kim kasıbın haqqını yeyirsə burnundan tökəcək”.

F.Yarıyev bildirir ki, bizim “MALİBO” MMC qarşısında özümüzü yandırmaqdan başqa çarəmiz qalmayıb: “Yaxın günlərdə belə bir aksiyanı reallaşdırmaq niyyətindəyik. Ailə-uşağımızı tökəcəyik şirkətin qarşısına… Başqa çarəmiz qalmayıb, qarşıdan məktəb gəlir, bir qələm də ala bilməmişik, acımızdan ölürük. Belə ölməkdənsə, haqqımız tələb edə-edə ölmək daha şərəflidir. Bəlkə dövlət və onun başbilənləri bundan sonra şikayətlərə baxarlar”.



Xatırladaq ki, bu şirkətlə bağlı internetdə araşdırma apararkən başqa şəxsləri də aldatıqlarının şahidi oluruq.

Məsələn, Bakı şəhəri Salatın Əsgərova küçəsi, 106 ünvanda ikiotaqlı, sahəsi 52 kv.m olan mənzildə daimi pasport qeydiyyatında yaşayan bir ailə məhz sözügedən şirkətin özbaşınalığı səbəbindən evsiz qalıb. Söhbət hazırda ahıl yaşında Bakı şəhəri, Pirşağı qəsəbəsində müvəqqəti məskunlaşan Əli Əliyev və onun həyat yoldaşı Tamilla Əliyevadan gedir. Onlar bütün dövlət hüquq-mühafizə, məhkəmə orqanlarına edilən müraciətlərə baxmayaraq, pozulmuş hüquqlarını bərpa edə bilməyiblər.

T.Əliyeva deyir ki, 2018-ci ilin yanvarında İmişli rayonundan sabiq millət vəkili Əsabil Qasımova məxsus və qardaşı Vüqar Qasımov tərəfindən idarə olunan “MALİBO” MMC şirkəti ərazidə “Pilot layihə” adı altında köhnə evlərin yerində hündürmərtəbəli evlər tikiləcəyini deyərək, sakinləri ərazidən köçürüblər. Sakinlərlə danışıqları şirkət adından Nicat Sadıqov aparıb.

2018-ci ilin 25 mayında “MALİBO” MMC ilə aralarında bağlanan müqaviləyə görə, göstərilən ünvanda 10-cu blok, 9-cu mərtəbədə Əliyevlərə məxsus 52 kv.m ikiotaqlı köhnə mənzilin əvəzinə, onlara təmirsiz 60 kv.m yeni mənzil veriləcəyi barədə sövdələşmə olub. Şirkət evi 24 aya təhvil vermədikləri təqdirdə, hər ay Əliyevlərə 400 manat kirayəhaqqı ödəyəcəklərini müqavilədə qeyd ediblər.

Razılığa əsasən şirkət evi söküb. Daha sonra MALİBO-nun rəhbərləri Əliyevlərə verdikləri müqaviləni məhkəmələr yolu ilə ləğv etməyə və ailəni mənzilsiz qoymağa çalışıblar.
Nəsimi rayon məhkəməsi, Bakı Apelyasiya və Ali Məhkəməsi “Malibo” MMC ilə Əliyevlər arasında bağlanmış 25.05.2018 tarixli 126 saylı müqaviləni etibarlı hesab edərək, onlara tikiləcək binadan mənzilin verilməsi barədə Qərar qəbul edib.

T.Əliyeva bildirib ki, nəhayət, mənzillərinin haqqını almaq üçün 2022-ci ilin aprel ayında Ali Məhkəmənin qərarını əsas tutaraq, “MALİBO” MMC-nin ofisinə üz tutublar. Onlar şirkətin meneceri Nicat Sadıqova məhkəmənin qərarını təqdim edib, nəhayət, mənzillərinin onlara təhvil verilməsini istəyiblər.

“Nicat Sadıqov bizə bildirdi ki, şirkətin rəhbərləri Əsabil və Vüqar Qasımov qardaşlarının tapşırığına əsasən, bizə nə mənzil, nə də kirayəhaqqı vermədilər. Məhkəmənin qərarı onlar üçün əsas deyil, hara istəyirsiniz, şikayət edin”.

Beləcə, çarəsiz nə edəcəklərini bilməyən Əli Əliyev, xanımı Tamilla Əliyeva ölkə başçısı İlham Əliyevdən kömək istəyirlər. Səslərini dövlət başçısına çatdırmaq üçün mediaya üz tutublar.

Redaksiyadan: Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Yusif Əli



Xəbər 1920 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +