İnzibati binalarda partlayıcı qurğular aşkarlanıb
Qarabağda 300-dən çox erməni separatçısı axtarışa verilib
Verilən məlumatlar həqiqəti əks etdirmir... - Baş prokuror
Aqil Abbas ermənilərdən niyə üzr istəyir?
Taksilərə dair yeni tələblər qüvvəyə mindi
Daha 30 ukraynalı uşaq Azərbaycanda...
BMT-nin missiyası Qarabağa gedib
7 ambulans və təcili tibbi yardım briqadası Xankəndiyə ezam olunub
Prezident Kley Mourini qəbul edib
Müsadirə edilən artilleriya qurğularının... - Videogörüntüləri


29.07.2022  10:30 

Arvadını azyaşlı oğlunun gözü qarşısında bıçaqladı





A+  A-

İyulun 29-u, saat 01 radələrində Şirvan şəhər sakini 1994-cü il təvəllüdlü Camalə Qənbərovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

XəzərNews.az xəbər verir ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1992-ci il təvəllüdlü Kəmaləddin Qənbərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı azyaşlı oğlunun gözləri qarşısında bıçaqla Camalə Qənbərovaya çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Kəmaləddin Qənbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.


Xəbər 2534 dəfə oxunub.




01.10.2023  10:05 

BMT-nin missiyası Qarabağa gedib


BÜTÜN XƏBƏRLƏR +