Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


07.07.2022  14:07 

Nazirlər Kabineti qarşısında mitinq təyin olundu: “Ölkənin quru sərhədlərini açın”





A+  A-

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu quru sərhədlərinin açılmasıyla bağlı Nazirlər Kabinetinin önünə piket təyin edib.

XəzərNews.az xəbər verir ki, bu bardə məlumatı Tofiq Yaqublu özü paylaşıb:

"Bizdən kütləvi aksiyalar tələb edən və gözləyən dostlar, başlayırıq. 13.07.2022 tarixinə saat 12.00-yə Nazirlər Kabinetinin binası qarşısında “Ölkənin quru sərhədlərini açın” tələbilə dinc etiraz piketi keçiriləcək. Təşəbbüs mənə aid olduğundan şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubunu da özüm yazmışam. Bu, başlanğıcdır və həm də cəmiyyətin kütləvi dinc etiraz aksiyalarına nə qədər hazır olduğunu yoxlamaq üçün bir testdir. Quru sərhədlərin çox absurd olaraq bağlı saxlanması əhalinin kifayət qədər böyük hissəsinə ciddi problem yaradır. Hakimiyyətin haqsızlıqlarına və özbaşınalıqlarına etiraz etmək isə, təkcə bu cür hallardan əziyyət çəkən vətəndaşların deyil, bütün cəmiyyətin borcudur. Sizlərdən bu məsələyə biganə qalmamağı və həmin günədək bu vacib aksiyaya dəstək verməyinizi xahiş edirəm. Biz demokratik Azərbaycan qurmağa borcluyuq və quracağıq!"



Xəbər 2936 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +