Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


07.07.2022  11:09 

Şəhid qardaşını polis döyüb, yoxsa yıxılaraq xəsarət alıb?





A+  A-

Sosial şəbəkələrdə Ağsuda şəhid qardaşının polis şöbəsində döyülməsi ilə bağlı məlumatlar yayılıb.

XəzərNews.az xəbər verir ki, məlumatlara görə, iyulun 4-də Ağsu polisinin əməkdaşları şəhid qardaşı Gülxanı polis bölməsinə apararaq vəhşicəsinə döyüblər.

Daxili İşlər Nazirliyi (DİN) yayılan məlumatlara münasibət bildirib:

“Spirtli içkinin təsiri altında ictimai asayişi pozduğuna görə vətəndaşların müraciətinə əsasən polis şöbəsinə gətirilib. Barəsində toplanan materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən onun şəhid ailəsi olması nəzərə alınaraq sərbəst buraxılıb.

G.Quliyevin polis şöbəsində döyülməsinə gəldikdə isə bu iddialar tamamilə yalandır və həqiqəti əks etdirmir. Fotoda görünən xasarətləri sərxoş vəziyyətdə yıxılarkən alıb”.

Qeyd edək ki, Quliyev Gulxan Fizuli oğlunun qardaşı Quliyev Vüqar Fizuli oğlu 44 günlük Vətən müharibəsi zamanı Şuşada şəhid olub.

Xəbər 3541 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +