İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


01.07.2022  17:54 

“Naxçıvanlı olduğum üçün MEDİA-nın siyahısına düşə bilmirəm”





A+  A-

“Media İnkişaf Agentliyi yenə də oyunbazlığın etdi. Deməli “Atalar üçüdən deyib” misalın rəhbər tutaraq üçüncü kəs Media İnkişaf Agentliyinin elan etdiyi 6 aylıq müsabiqəyə “Vətəninfo.az” adından sənədlərimizi təqdim etdim. Amma mən yenə də adları açıqlanan, haqq edənləri təbrik edirəm. Qeyd etməliyəm ki, ədalətsizliyin olacağını bilirdim. Amma yenə də ümidim az da olsa var idi”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə “Vətəninfo.az” saytının Baş redaktoru Nahid Canbaxış çıxış edib.

N.Canbaxış bildirib ki, gündəlik başlıqlarımızı mənimsəyən, İP baxımdan bizdən aşağıda olan saytları açıqladıqları nəticələrdə görüncə, artıq agentliyin ədalətsiz davranışı özünü təsdiqlədi:

“Bir də onu deyim ki, məhz Əhməd müəllimin icraçı direktor olduğu agentlik tərəfindən Vətəninfo.az-ın o siyahıya salınmamasında başlıca bir amil var. O da mənim naxçıvanlı olmağımdadı. Kimlər və hansı formada göstəriş veribsə, naxçıvanlısansa, o siyahıda ola bilməzsən.

Mən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya
“Vətəninfo.az”İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru olaraq müraciət edirəm.

Hörmətli Cənab Prezident!

Bildirmək istəyirəm ki, “Vətəninfo.az” İnformasiya Agentliyi 10 illik fəaliyyəti dövründə özünün imkanlarına dayanaraq müəyyən oxucu auditoriyası formalaşdıra bilmişdir.

Fəaliyyətimiz dövründə davamlı olaraq, ölkəmizdə Sizin liderliyinizlə həyata keçirilən sosial-iqtisadi-siyasi, eyni zamanda bütün sahələr üzrə yenlikləri öz oxucularımıza çatdırmışıq.

Amma 10 illik təcrübəsi olan bir media orqanı olaraq Azərbaycan Respublikası Media İnkişaf Agentliyi tərəfindən davamlı olaraq ögey münasibətlə qarşı-qarşıyayıq.

Hörmətli Cənab Prezident!

Bizə qarşı ögey münasibətin arxasında isə Vətəninfo.az-ın rəhbəri olaraq mənim naxçıvanlı olmağım dayanır. 23 illik jurnalistika həyatımda “Rezonans”, “Olaylar” və “Həftə İçi” qəzetlərində çalışmışam. 47 illik ömrümün 23 ili jurnalistika ilə bağlıdır.
Bu gün rəhbərlik etdiyim “Vətəninfo.az” İnformasiya Agentliyini qaliblər sırasında görməyə imkan verməyənlər bilməlidirlər ki, regionçuluq etməklə bu milləti parçalaya bilməzlər. Mən 16 yaşında könüllü olaraq Birinci Qarabağ müharibəsində iştirak edəndə bu gün mənim rəhbəri olduğum media orqanına qarşı ədalətsizlik nümayiş etdirənlərin bir çoxu dünyaya belə gəlməmişdilər.

Hörmətli Cənab Prezident!

Sizdən bir vətəndaş olaraq, eyni zamanda 23 il ölkə mediasında xidməti olan biri kimi xahiş edirəm ki, rəhbərlik etdiyim “Vətəninfo.az” İnformasiya Agentliyinə qarşı məhz naxçıvanlı olduğum üçün ortaya qoyulan belə ögey münasibətə “Dur!” deyilməsi üçün köməklik göstərəsiniz.

Biz hər zaman sizin ədalətinizə inanmışıq”.

Xəbər 1076 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +