Nə qədər deyək ki, hər şey yaxşıdır, yaxşı deyil axı...
Kələ-kötürlü yollar, dağılmış asflat örtüyü - VİDEO
Rusiyalı oliqarxların sərvəti donduruldu
Dənizdə batan gənc tələbə olub - Foto
“İndi şərtlər dəyişib“ - İbrahim Kalın
Polis Füzulidə MİNAYA düşdü
Yaşı 70-i haqlasa da o, 21-ci əsrin jurnalistidir...
Lənkəranda QƏTL: Saxlanılan var...
İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib - Fotolar
AXCP fəalı qətlə yetirilib


18.05.2022  18:34 

Bandit-general ovçular üçün iş adamları ceyran kimi şeydir...





A+  A-

Bank sahibinin 5 mərtəbəli evini zorla Ramiz Mehdiyevin ailəsinin adına keçiriblər. Qəzetlər xorla belə yazır. Bu cinayəti isə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli zabitləri törədib. Dövlətin təhlükəsizliyini qorumalı olan şəxslər dövlətə təhlükə yaradıblar.

Bu cinayət işində Ramiz Mehdiyevin adı qırmızı xətlə keçir. Təbii ki, o, vurulub kənara atılmasaydı heç kəs onun adını çəkməyə cəsarət etməzdi…

İş adamının başına qapaz vurub var-dövlətini zorla əlindən almaq Azərbaycanda təzə söhbət deyil. Yüzlərlə yox, minlərlə bu kimi faktlar var. Nörmal ölkələrdə dövlət şəxsi mülkiyyətin qarantı kimi çıxış edir. Azərbaycan kimi banan respublikalarında isə dövlət orqanlarında çalışan yaramaz məmurlar iş adamlarına divan tuturlar. Kiminsə min bir əziyyətlə qazandığı pulu şantaj yolu ilə ələ keçirirlər…

Eyni proses, eyni fırıldaq üsullar hal-hazırda da Azərbaycanda davam edir. Bu kimi cinayətlər sistemin mahiyyətindən doğur. İri balıqlar gözünün yaşına məhəl qoymadan xırda balıqları yeyir.

Nəticə belədir: Ağlı başında olan adamlar pulunu götürüb Azərbaycanı tərk edir. Daha doğrusu, başını götürüb qaçır. Bütün dünyada belədir. Kapital sabitlik olan yerdə qazanc gətirir. Azərbaycan kimi dövlət strukturlarının kriminallaşdığı ölkələrdə kapitalın da, kapitl sahibinin də məhv olmaq şansı son dərəcə yüksəkdir…

Niyə Əliyevlər sülaləsi öz varidatının böyük bir hissəsini ofşor zonalara axıdır? Çünki İlham Əliyev öz əli ilə yaratdığı sistemə özü inanmır. Yaxşı başa düşür ki, bir gün xalq ayağa qalxıb oğurluq pulları geri tələb edə bilər…

Ona görə də külli miqadarda pulu olan, son dərəcə arxalı adamlar belə öz vəsaitini Azərbaycandan çıxarmağa üstünlük verir. Nə olar, nə olmaz, deyə belə edirlər…

Rusiya-Ukrayna müharibəsi belə bir həqiqəti də ortaya qoydu ki, oğurluq pullar heç Qərb ölkələrində də etibarlı şəkildə qorunmur. Bu gün Vladimir Putinin ətrafında olan milyarderlərin vəsaitinə Qərbdə qoyulmuş həbs onu deməyə əsas verir ki, sabah İlham Əliyev və yaxın ətrafı da eyni münasibətlə üzləşə bilər…

Nə qədər ki, Azərbaycan dövləti şəxsi mülkiyyətin müdafiəsini öz üzərinə götürməyib, nə qədər ki, sahibkarlara dövlət səviyyəsində dəstək verilmir bizim sahibkarların var-dövlətinə göz dikən yaramaz məmurlar öz işini görəcək…

Siz bir bunlardakı həyasızlığa baxın. Adamın beşmərtəbə evini əlindən alırlar və üstəlik adamdan evə görə hallalıq da tələb edirlər…

Bu məsələ ilə bağlı bir faktı deyim. Deməli, Kəmaləddin Heydərovun adamları bir biznesmenin başının üstünü kəsdirir və deyirlər ki, sənin obyektinə 200 min dollar veririk, buranı bizə sat, çıx get. Adam deyir ki, bu obyekti 1 milyon dollara istəyirlər, vermirəm, 1.5 milyona satmaq fikrindəyəm. Deyiblər ki, özün bilərsən, bir həftə sonra gəlib bu obyektə 200 min dollar verəcəyik.

Bir həftə sonra gəlirlər. Adam deyir ki, yox, 200 min çox azdır. Deyirlər ki, azdırmı? Deyir ki, çox azdır. Deyirlər ki, dediyimiz vaxtda gəldik, 200 min gətirdik. Razı olmadın, bir həftə sonra yenə gələcəyik. Bu obyektə 20 min verəcəyik. Onda da götürməsən, bir həftə sonra səni bu obyektən çölə atacağıq. Və bura pulsuz-parasız bizim olacaq…
İş adamı diz çökür, yalvarır, deyir ki, qanmamışam, qələt eləmişəm, 200 mini verin, obyekti götürün. Deyirlər ki, yox, gələn həftə 20 min dollarla gələcəyik…

İş adamının ürəyi partlayır ölür. Adamlar da gəlib biznesmenin oğluna 20 min dolları verib obyekti götürülər…

Bu, 10 il bundan qabağın söhbətidir. Əminəm ki, hal-hazırda da eyni ssenari ilə oxşar olaylar baş verir. Çünki mövcud sistem bu kimi cinayətləri stimullaşdırır…

Şübhəsiz ki, bu reallığı Azərbaycanda hər kəs görür. İqtidar da, müxalifət də. Ziyalılar da, jurnalistlər də. İş adamları isə bu haqsızlığı şəxsi həyatlarında yaşayırlar…

Azərbaycanın bu kimi dərdlərindən danışmaq istəyənlər çox azdır. Heç danışanlara da məhəl qoyan yoxdur…

Elbəyi Həsənli

Xəbər 5513 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2022  23:35 

Polis Füzulidə MİNAYA düşdü

26.06.2022  21:27 

AXCP fəalı qətlə yetirilib

26.06.2022  10:11 

Ruslar Kiyevi raketlərlə VURDU


BÜTÜN XƏBƏRLƏR +