İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


04.05.2022  21:08 

“Ruslar bütün qadınları soyundurdular…”





A+  A-

Mariupoldan sağ çıxan ukraynalıların tük ürpədən hekayələri...


Müharibənin iki ayı ərzində Mariupol Ukrayna uğrunda mübarizənin yeni simvoluna çevrildi. Davamlı bombardımanlar, blokada və döyüşlərə baxmayaraq, Azov polkunun döyüşçüləri və dəniz piyadaları qəhrəmancasına cəbhə xəttini qorumaqda davam edirlər.

Azovstal metallurgiya zavodu nəinki müdafiəçilərin, həm də şəhər sakinlərinin Rusiya mərmilərindən gizləndiyi əsl qalaya çevrildi.

İki ay əvvəl Mariupol Qəhrəman-şəhər statusu alıb. Lakin bu böyük sözlər təkcə hərbi şöhrət və ordunun fədakarlığı ilə bağlı deyil. Söhbət təkcə əks-hücumlar və düşmənin məhv edilməsi ilə də bağlı deyil.

Mariupol həm də bütün bu müddət ərzində blokadada ac, susuz, rabitə və qaz olmadan sağ qalan dinc insanlara görə Qəhrəman-şəhərdir. Llll Onlar sanki müharibə haqqında kitabların və filmlərin ən dəhşətli epizodlarına düşdülər, amma Ukraynada və Ukrayna ilə qaldılar.

İki ay sonra Azovstaldan olan Mariupol sakinlərinin bir hissəsi təxliyə edilib. Mayın 3-də şəhərdən yüz əlli adam Zaporojyeyə gəlib.

“Ukrayinska Pravda” sağ qalanların mühasirəyə alınmış şəhərdə necə yaşadıqları, yemək və suyu haradan götürdükləri və nəzarət olunan əraziyə necə getdikləri barədə bir neçə hekayə yazıb.

14 yaşlı Vova qardaşı və anası ilə bir yerdə çıxıb,
Vovanın atası Mariupolu müdafiə etmək üçün orada qalıb...


Atam bizi Azovstala gətirdi. Ən təhlükəsiz yer olduğunu söylədi. Orada günəşi görmədən 2 aya yaxın oturduq.

Atam hərbçidir, orada qalıb. Ona demək istərdim ki, bizdə hər şey qaydasındadır və daha diqqətli olsun.

Biz qabıqlı yulaf əzməsi yeyirdik, halbuki bunu yemək mümkün deyil. Kişilər bizə yemək bişirmək üçün həyatlarını riskə ataraq qonşu binalara qaçırdılar. Hərbçilər bizə öz yeməklərini gətirib verirdilər ki, sağ qalaq.

Bizi Azovstaldan öz hərbçilərimiz çıxardı, sonra rus hərbçilərinə təhvil verdilər. Bizi onların (işğalçıların – UP) tutduqları ərazi ilə Manquşa apardılar.

Sonra düşərgəyə yerləşdirildik, orada çadırlarda gecələdik və Berdyanska getdik. Bizi düşərgəyə aparanda qadınları soyundurdular, hamının barmaqlarını skan etdilər, şəkillərimizi çəkdilər, telefonları yoxladılar.

Katya, iki uşağı ilə birgə çıxıb

Düzünü desəm, artıq çıxacağımıza ümidimizi itirmişdik. Orada əslində heç bir zavod yoxdur, yerlə-yeksan edilib, yalnız sığınacaqlar qalıb, onların da bəziləri artıq dağıdılıb.

İki aya yaxın orada gizləndik. Orada bunkerlər var, möhkəmdirlər, bombalara tab gətirməldirlər. Ancaq sonra mühasirə daraldı – heç kim bunu gözləmirdi.

Deyirlər ki, Azovstalda hələ də 200-ə yaxın adam var. Amma dəqiq deyə bilmərəm. Bunkerdə oturduğumuz üçün heç kimi görə bilmədik.

Orada işıq yox idi. Ukraynalı hərbçilərimiz bizə su və yeməklə kömək etdilər, bombalanmış anbarların dağıntıları altından yeyiləsi bir şey tapıb bizə gətirirdilər, son günlər öz yeməklərini gətirdilər.

Şəhərdən çıxarkən yolda gördüklərimiz artıq yaşayış binaları yox, sadəcə qutular idi, ortasında nəhəng qara dəliklər olan qutular. Orada salamat ev qalmayıb.

Çıxanda çox ciddi yoxlama oldu. Bizi soyundurdular, çapıqları, döymələri yoxladılar, qadınların alt paltarını çıxarıb baxdılar. Bütün çantaları yoxladılar, tamamilə içərisini çevirdilər, telefonları yoxladılar, bütün yazışmaları oxudular.

Əsgərlikdə və ya polisdə tanışı olan qadınlara hədə-qorxu gəldilər, onları tapacaqlarını, ərlərinin başlarını onlara qutularda göndərəcəklərini dedilər.

54 yaşlı Elina əri, qızı və kürəkəni ilə birlikdə çıxıb

Mən “Azovstal” zavodunda texniki nəzarət şöbəsinin müfəttişi işləyirdim. Bomba sığınacağımız da elə həmin binanın altında idi.

Bomba sığınacağı bizi 100% xilas edə bilməzdi. Əgər düz üstünə bomba düşsəydi hamımız ölərdik. Bizi sadəcə orada dəfn edəcəkdilər. Ən qorxulusu da bu idi.

Ac qalmağımız, çirkli, nəmli, kiflənmiş yerdə yaşamağımız o qədər də qorxulu deyildi. Dəhşətlisi o idi ki, bizdən heç nə asılı deyil.

Hər gecə uzanıb Allaha dua edirdim: “Allahım, lütfən, bütün bombalar bizim bomba sığınacağımızın yanından uçsun. Heç olmasa, bizi vurmasınlar. Sağ qalaq”. Uşağımın sağ qalması üçün dua edirdim. Ailəmiz yox olmasın…

Anamın taleyindən xəbərim yoxdur – onun 82 yaşı var. Mən ona zəng edəndə dedim: “Ana, çıxmaq lazımdır”. O, belə cavab verirdi: “Elya, təlaşa düşmə. Heç nə olmayacaq! O, (Putin – UP) cəsarət etməyəcək, qoymayacaqlar”. O SSRİ dövründə jurnalist olub, özünün haqlı olduğuna əmin idi.

Hərbçilər biz tərəfə nadir hallarda gəlirdilər. Sadəcə uşaqlara yemək qoyub gedirdilər. Çünki böyüklər ac qala bilər, uşaqlar isə yox.

Bomba sığınacağında 4 yaşında bir oğlan uşağı var idi. O, “ana, yemək istəyirəm” deyirdi. Anası deyirdi ki, əvvəllər evdə o qədər də yemək istəyən olmayıb, amma burada daim soruşur. Anası ona deyirdi ki, sən bu yeməyi xoşlamırsan axı?.. O isə cavab verirdi ki, mən hər şeyi xoşlayıram.

… Siz “2012” filmini görmüsüz? Orada hər şeyin dağılması, apokalipsis təsvir olunub! Mariupolda real apokalipsis baş verib…

Tərcümə: Mustafa Hacıbəyli
Mənbə: “Ukrainskaya pravda”


Xəbər 6890 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +