Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


03.05.2022  10:44 

Siyasətin iki başı: Ərdoğanla Zelenskinin münasibətlərində “ikili standart“lar varmı?





A+  A-

Ukrayna prezidentinin məlum açıqlamasının sayəsində bu gün Azərbaycanda, Türkiyədə, Rusiyada və eləcə də Ermənistanda günlük leksikonda ən çox istifadə edilən söz məhz "ikili standart"lar sözü oldu. Niyə? Çünki Türkiyədən incimiş şəxs tərzində danışan Ukrayna prezidenti Zelenski bu gün qardaş ölkəmizi "ikili standart"larda ittiham etdi.

Və Zelenskinin sərt ittihamı düşmənlərimizi sevindirdi, öz insanlarımızın bir çoxunda isə ən yumşaq ifadə ilə desək, xəyal qırıqlığı yaratdı. Bəzi insanlarımız isə dərhal emosional postlar paylaşıb Zelenskini "yıxıb sürüməyə" başladı.

Bəs, Zelenski nədən birdən-birə Türkiyənin əleyhinə sərt fikirlər səsləndirdi? Onun bu açıqlamasının arxasında bəzilərinin iddia etdiyi kimi hazırda Ukraynaya hamilik, "dayday"ılıq edən ABŞ prezidenti Co Baydenmi dayanır?

Yoxsa bu "çiy" və naşı açıqlama sadəcə Zelenskinin özünün kəmhövsələliyindən, təcrübəsizliyindən və ən nəhayət, müharibənin yaratdığı depressiv vəziyyətdən irəli gəlir? Bəlkə əsas səbəb onun idealist olmağıyla bağlıdır?

Lap son günlərə qədər Türkiyənin və şəxsən Ərdoğanın özünün ünvanına az qala yeddimərtəbəli təriflər, komplimentlər səsləndirən, türk xalqına təşəkkürlərini bildirən Zelenskinin üzü axı niyə birdən-birə dönsün ki? Sizə elə gəlmirmi ki, burda nəsə bir uyğunsuzluq var?

Gəlin bu suallara cavab axtarmazdan əvvəl ilk növbədə baxaq görək Volodimir Zelenski Türkiyədən niyə inciyib.

Ukrayna lideri Yunanıstanın ERT TV adlı ictimai televiziyasına müsahibəsində Türkiyəni nəyə görə "ikili standart"larda ittiham etməsini belə əsaslandırmağa çalışıb:

“Bir tərəfdən, Türkiyə vasitəçi rolunda çıxış edərək Ukraynanı mühüm addımlarla dəstəkləyir, digər tərəfdən isə, Rusiya turizmi üçün bir neçə turizm marşrutu hazırlayır. Bununla belə məşğul ola bilməzsiniz, bu ikili standartdır. Bu ədalətli deyil.
Ona görə də, mən Türkiyənin diqqətini bu cür imkanlara cəlb edirəm, inanıram ki, belə ola bilməz, çünki seçim etmək lazımdır: siz həqiqətin tərəfdarısınız, yoxsa yox?
Biz bunu da görürük. Mən də prezident kimi deməliyəm ki, əgər biz dostluq münasibətləri qurmaq istəyiriksə, bu, mümkün deyil”.


Sözün açığı, bu, həqiqətən də kifayət qədər sərt ittihamdır. Lakin bir həftə bundan öncə Kiyevdəki metro stansiyalarından birində verdiyi geniş brifinqdə Azərbaycandan umacaqlarını dilə gətirən Zelenski Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçilik səylərini isə yüksək qiymətləndirmiş və bu zaman Türkiyəni hansısa pərdəarxası oyunlarda ittiham etməyi ağlının ucundan belə keçirməmişdi.

Bəs ötən bir həftə və ya 10 gün ərzində nə dəyişdi ki, Zelenski bu gün Türkiyənin ünvanına belə bir açıqlama ilə çıxış etməyə ehtiyac duydu?

Türkiyə tərəfindən heç nə dəyişməyib. Rəsmi Ankara heç bir oyun qaydalarını pozmayıb. Qaydaları pozan Qərbdir. ABŞ və NATO liderləri Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında atəşkəsin imzalanması üçün əlverişli vəziyyətin yarandığını görən kimi aranı qatdılar, oyunu pozdular və müharibənin uzadılmasına qərar verdilər.

Əlbəttə, Qərbin müharibəni uzatmaqda bir neçə məqsədi var. Həmin məqsədlərdən biri də Rusiyanı mümkün qədər zəiflətmək, onun ordusunu məhv etmək və bu ölkənin hərbi gücünü cilovlamaqdır. Qərbin bu məqsədini hardasa anlayışla qarşılamaq olar. Çünki Putin Rusiyasını hazırda yalnız güc yoluyla ram etmək mümkündür.

Lakin Zelenski isə Qərbin belə bir planlarından xəbərdar olmaya bilər. Onu bu dəqiqə Qərbin perspektivə hesablanmış hərbi planları yox, hər gün müharibədə öldürülən çoxlu sayda ukraynalıların taleyi hər şeydən çox narahat edir. Ona görə də tökülən günahsız qanların bir an öncə dayandırılması üçün Zelenski umduğu hər kəsə üz tutur, gümanı gələn xarici ölkə liderlərinin hər birinə tez-tez müraciət edir. Səsinin eşidilmədiyini gördükdə isə bəzən həmin ölkələrin ünvanına olduqca sərt tənqidi fikirlər də səsləndirir.
Bu baxımdan, Zelenskinin indiyə qədər Almaniya və Fransanın ünvanına səsləndirdiyi ittihamların Türkiyənin ünvanına söylədiyi məlum ittihamdan qat-qat sərt olduğunu da deyə bilərik. Lakin həmin ölkələr buna görə Zelenskidən inciməyiblər və onu dərhal "qara siyahı"ya salmayıblar.

Çünki onlar Zelenskinin ittihamlarını, tənqidlərini və tələblərini həm müharibə vəziyyətində olan bir ölkənin lideri olduğuna görə anlayışla qarşılayır, həm də bunu Zelenskinin təcrübəsizliyinin, naşılığının ayağına yazırlar.

Biz də Zelenskinin məlum açıqlamasına zənnimcə, məhz bu yöndən, bu açıdan yanaşmalıyıq.

Mən hesab etmirəm ki, ortada Türkiyə əleyhinə yönəlmiş hansısa konspiroloji bir plan var və bu planı da məhz Zelenskinin əliylə həyata keçirir, Türkiyəni Zelenskinin vasitəsilə vururlar. Zelenskinin açıqlamasının Türkiyəni Rusiya ilə açıq savaşa girməyə, onu münaqişəyə çəkməyə xidmət etdiyini düşünmürəm.

Boğazları Rusiyanın döyüş gəmilərinin üzünə bağlayan, "Bayraktar"ları ilə Ukraynaya əksər NATO üzvlərindən daha çox dəstək verən Türkiyənin əleyhinə komplo planlar cızmaq indiki həssas məqamda heç ABŞ-ın özünə də sərf eləmir. Ona görə də gəlin bu məsələdə bütün komplo-teoriləri bir kənara qoyaq.

Sadəcə olaraq bu cür çılğın və bəzən də isterik açıqlamalar bayaq da qeyd etdiyim kimi ilk növbədə Zelenskinin özünün təcrübəsizliyindən, naşılığından, eləcə də hövsələsizliyindən qaynaqlanır. O, çox tələsir. Və həm də həddindən artıq maksimalist və idealistdir. O hər bir ölkədən mümkün olduğundan daha artıq dəstək umur.

İdealistliyi isə özünü onda göstərir ki, Zelenski bu müharibəyə fəlsəfi yöndən yanaşır və hesab edir ki, bu müharibə sadəcə Ukrayna-Rusiya müharibəsi deyil, qlobal mənada Xeyir və Şərin mübarizəsidir. Ona görə də, Zelenskinin baxış açısından bu savaşda hər kəs Ukraynanın yanında yer almalı və hər bir ölkə mümkün olduğundan daha çox fədakarlıq göstərməlidir.

Zelenski peşəkar siyasətçi olmadığına görə başa düşmür ki, onun bu istəyi praktik olaraq mümkün deyil. Çünki dünyanın öz reaallıqları var, hər bir ölkənin qarşısını kəsən bu və ya digər obyektiv-subyektiv amillər var.

Böyük müharibələr kiçik uşaqların çox sevimli "müharibə-müharibə" oyunu deyil ki, hamı iki dəstəyə bölünsün və hərə öz dəstəsinin qalib gəlməyi üçün çalışsın. Gerçək müharibələr uşaqların "müharibə" oyunundan fərqli olaraq bu cür sadə ssenari üzərində cərəyan etmir. Bu incə cizgini görə bilməyən Zelenski isə bəzən hər şeyi "kaşa" kimi qatıb-qarışdırır. Bunu isə yenə də deyirəm onun naşılığına, təcrübəsizliyinə bağışlamaq olar.

Əgər bu gün hamımızın ümumi hədəfimiz nəinki Ukrayna üçün, həmçinin digər postsovet ölkələri üçün və bütün bəşəriyyət üçün başlıca təhlükə mənbəyinə çevrilmiş Rusiya faşizminin cilovlanmasıdırsa, o zaman Zelenskinin bəzən uşaq sayağı yanlışlıqlarına göz yummaq, onu bağışlamaq olar.

Bu gün dünyanı 3-cü Cahan Savaşı ilə və nüvə silahıyla təhdid edən böyük düşmən gözümüzün qarşısında ikən, biz təcrübəsiz Zelenskidən namərd, nankor obrazı düzəltməyə çalışmamalıyıq.

Qoy, əvvəlcə ilanın (Rusiyanın) başı əzilsin, sonra vaxtı və yeri gəldikdə Zelenskinin də səhvlərini onun üzünə çırparıq. Hələlik isə hamımız böyük Şərə qarşı birləşməliyik.

P.S.
Zənnimcə, rəsmi Ankara da Ukrayna prezidentinin məlum açıqlamasına elə də ciddi reaksiya verməyəcək. Çünki Türkiyənin daha böyük hədəfləri var.

Mart ayında keçirdiyi mətbuat konfransında "Ərdoğan çox güclü lider və ciddi siyasətçidir, o bizə çox kömək edir. Ona görə də mənim ona heç bir sözüm, iradım yoxdur", - deyə açıqlama verən Zelenskinin bu gün tam fərqli fikir səsləndirməsinin özünün ikili standart olduğunu Ankarada da çox yaxşı başa düşürlər. Ona görə də bu məsələnin üzərinə çox da dərindən getmədilər. Ankarada əmindirlər ki, Zelenski təcrübə topladıqca bu kimi səhvlərə yol verməkdən də tədricən əl çəkəcək.

B.Mirzəyev

Xəbər 1205 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +