Baş nazir qərar imzaladı: Bu günlər iş olmayacaq
“Meydan” TV işi üzrə məhkəmə başlayır
Azərbaycanda minimum pensiya 2,9 dəfə artıb
Koxalski “Qarabağ“dan gedir?
Canlıda nalayiq ifadələr işlətdi...-Saxlanıldı
Rəqəmsal İqtisadiyyat Strategiyasının qəbulu niyə illərlə uzanır?
Xalq şairi xəstəxanaya yerləşdirilib
Əhalinin 95%-i sığorta ilə əhatə olunacaq - Nazir
Nazir bu rəisləri vəzifədən azad etdi
Rusiya sülh danışıqlarına hazırdır, amma... - Peskov


11.03.2022  11:51 

Koronavirusa yoluxanların sayı 450 milyon - Dünyada...





A+  A-

Dünyada koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 450 milyonu, ölüm hallarının sayı isə 6,01 milyonu keçib.

XəzərNews.az xəbər verir ki, ÜST-nin statistikası dövlətlər tərəfindən təqdim edilən yoluxma və ölüm halları barədə yalnız rəsmi təsdiq edilmiş məlumatlar əsasında toplanır. Yoluxma hallarının sayında 400 milyonluq hədd fevralın 10-da, 350 milyonluq hədd – yanvarın 25-də, 300 milyonluq hədd – yanvarın 8-də, 250 milyonluq hədd isə - ötən il noyabrın 9-da qeydə alınmışdı.

Məlumatları ÜST-yə daxil olmuş ən çox təsdiqlənmiş yoluxma halı - 78 647 682 ABŞ-da qeydə alınıb. Ondan sonra Hindistan (42 980 067), Braziliya (29 138 362), Fransa (22 539 786) və Böyük Britaniya (19 373 888) yer alıblar. Ən çox ölüm halı da - 954 913 ABŞ-da qeydə alınıb, ikinci yerdə Braziliya (652 829), üçüncü yerdə isə Hindistan (515 459) qərarlaşıb. Daha sonra Rusiya (358 911) və Meksika (320 166) yer alıblar.

Hazırda Azərbaycanda koronavirus infeksiyasına 790 min 153 yoluxma halı qeydə alınıb, 9 min 575 nəfər isə həyatını itirib.



Xəbər 3539 dəfə oxunub.



02.12.2025  17:07 

Koxalski “Qarabağ“dan gedir?

02.12.2025  15:36 

Polkovnik İlqar Quliyev vəfat edib

02.12.2025  14:31 

Əli Əsədov yeni qərar imzalayıb

02.12.2025  14:11 

Metroda ixtisarlar aparılır


BÜTÜN XƏBƏRLƏR +