İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


25.02.2022  21:55 

Xocalı soyqırımının 30 illiyi - Tədbir





A+  A-

Xocalı soyqırımının 30 illiyi münasibətilə anım tədbiri keçirilib.

XəzərNews.az xəbər verir ki, Azərbaycan Mədəniyyəti sosial platforması və ADPU Quba filialı THİK-si birlikdə Zoom platforması üzərindən online şəkildə “Xocalı – Tarixin izi ilə“ adlı bədii-elmi konfrans təşkil edib.

Millət vəkilləri, tarix müəllimləri, Xocalı sakinləri, qazilər və tələbələrin iştirak etdikləri tədbirdə Xocalı soyqırımı qurbanları və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan tədbirin aparıcısı Fidan Oruc Əliyeva qeyd edib ki, bundan 30 il əvvəl, 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə mənfur ermənilərin Xocalı şəhərində dinc əhaliyə, qadınlara, uşaqlara və yaşlılara qarşı törətdikləri vəhşiliklər heç vaxt unudulmayacaq. Oruc Əliyeva həmçinin, Xocalı faciəsinin tariximizin qanlı səhifəsi olduğunu, bu dəhşətli faciənin yaddaşımızdan silinməyəcəyini vurğulayıb.

Belə ki, açılış sözü millət vəkili Cavid Osmanova verilib. Millət vəkili dəhşətli soyqırım haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, Xocalıda baş verənlər XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir və dövlətimiz tərəfindən soyqırımın dünyada tanıdılması sahəsində mühüm addımlar atılıb və atılır. Bu dəhşətli faciəni törədənlər mütləq cəzalandırılmalı və hadisəyə beynəlxalq müstəvidə hüquqi qiymət verilməlidir, - deyə millət vəkili qeyd edib.

Xızı rayonu C.Novruz adına məktəbin tarix müəllimi Novruz Baxşəliyev tarixi prosesləri ardıcıllıqla gənclərə anladıb. Bildirib ki, həmin gecə 613 nəfər vəhşicəsinə qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın və 70-i qocalardır. Bundan başqa, 1275 nəfər girov götürülüb, itkin düşmüş 150 dinc sakinin taleyindən bu günədək xəbər yoxdur.

Daha sonra söz, hər zaman gənclərə düzgün yol göstərən müəllimlərdən biri, ADPU Quba filialının THİK sədri Aygün Şıxbabayevaya verilib. O bildirib ki, Xocalıda azərbaycanlı əhaliyə qarşı törədilən hərəkətləri müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər kimi dəyərləndirilməlidir.

Mayor Asim Quliyev, 44 günlük vətən müharibəsi nəticəsində əldə olunan tarixi qələbəmiz barədə gəncləri maarifləndirib. Mayor Quliyev, 30 il əvvəl Xocalı şəhərində törədilən qırğının acı nəticələrindən, erməni silahlılarının törətdikləri qanlı cinayətlərdən, günahsız insanların başına gətirilən müsibətlərdən bəhs edib.

Azərbaycan Mədəniyyəti sosial platformasının sədri Rəqsanə Əsədova, işturak edən gəncləri tarixi unutmamağa, onları daim dünyaya çatdırmağa çağırıb, eyni zamanda, platformanın sədr müavinləri Fazil Şəfəqqətov, Fidan Oruc Əliyeva da öz fikirlərini dərin hüzn hissi ilə bölüşüblər.

Medianın tarixi həqiqətləri düzgün çatdırmasının önəmindən və digər ölkələrdə bu qanlı soyqırımın necə qəbul olunmasından Azadmedia.az xəbər agentliyi redaktoru, Türkiyə 1453 Kral Medya xəbər agentliyi və ASİAD İş adamları dərnəyinin Azərbaycan təmsilçisi Ülkər Piriyeva danışıb. Piriyeva qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti sayəsində rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində Qarabağı düşmən işğalından azad edərək Xocalı faciəsi qurbanlarının qisasını aldı.

Qeyd edək ki, tələbələrin ifasında vətənpərvərlik mövzusunda şeirlərlərlə davam edən bədii hissədə, ADPU-nun tələbəsi Səma Asəfovanın səsləndirdiyi şeir bütün konfrans üzvlərini kövrəldib.

Allah bütün şəhidlərimizə - Xocalılara rəhmət eləsin!

Xəbər 1229 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI


BÜTÜN XƏBƏRLƏR +