Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


05.02.2022  19:20 

“Talış Nicat” “Pervi Ruslan”ı niyə güllələdi? - Fotolar





A+  A-

2018-ci ilin noyabrın 30-da İstanbulda ticarət mərkəzlərinin birinin qarşısında güllələnən azərbaycanlı kriminal avtoritet “Pervi Ruslan”ın hələ o dövürdə kimin tərəfindən vurulması günlərlə müzakirə olunsa da nə üçün belə bir insidentin yaşanması haqqında heç bir məlumat verilmədi.

Atışma nəticəsində yaralanan "Pervi Ruslan"la bağlı ilk əvvəl ilginc məlumatlar dolaşdı.

Kimisi insidentin şəxsi münasibətlər zəminində, kimisi Ruslanın Böyük qardaş – Rövşən Lənkraniskini belə tez Lotu Quliyə dəyişməsi, başqa bir qrup isə mövqe savaşı kimi xarakterizə etməyə başlamışdı.

Əslində vurulan “Pervi Ruslan”ın keçmişi, kriminal həyatı hamıya bəlli idi. Onun 1 saylı Cəzaçəkmə Müəssəsində məhkumluq həyatı yaşadığı və elə burada Rövşən Lənkəranskinin "praqon"u əsasında uzun müddət "vəziyyətə baxdığı" barədə kifayət qədər məlumatlar var.



Hətta həbsdən sonra Türkiyəyə gedərək Rövşən Lənkəranskinin ən yaxın adamlarından birinə çevrildiyi, onun ölümündən sonra isə bu çevrədən dərhal ayrılaraq Lotu Qulinin çətiri altında yaşadığı barədə məlumatlar dolaşırdı.

Son bu informasiyadan yola çıxaraq Rusalanı vuran tanınmış kriminal avtoritet “Talış Nicat”ın kimliyi ilə bağlı bəzi məlumatları oxucuların diqqətinə çatdıraq.



Rövşən Lənkəraniskidən sonra cənub zonasında çox sürətlə məhşurlaşan - o bölgədə “Boksyor Nicat”, Azərbaycan və digər qonşu ölkələrdə isə “Talış Nicat” kimi tanınan avara Nicat Lənkəran şəhərində anadan olub. Hər zaman Rövşənçi kimi tanınan “Talış Nicat”ın “Pervi Ruslan”la münasibətləri “Böyük qardaş”ın sağlığında heç də pis olmayıb.

Lakin “Böyük qardaş” – yəni Rövşən Lənkəraniskinin ölümündən dərhal sonra “Pervi Ruslan”nın mövqe dəyişkənliyi “Talış Nicat”a xoş gəlməyib. Belə olan təqdirdə “Talış Nicat” əvvəlki “dostu” ilə münasibətləri kəsməyə qərar verib. Yəni hərə öz yoluna...



Rövşən Lənkəraniskidən sonra nüfuzu artan Nicat Lənkəraniski artıq parçalanmış və dağınıq halda olan rövşənçiləri bir araya toplamağa çalışıb. Onları öz ətrafına toplamaqda israrlı olmasa da vahid mövqedən çıxış etmələrinə stimul verib. Beləliklə, “Talış Nicat”ın bu cəhdləri – “vorovskoy jestləri”, liderlik bacarığı Lotu Quli və onun yanında yer alan keçmiş rövşənçilərə - xüsusən də “Pervi Ruslan”a heç də xoş gəlməyib. O, məclislərin birində hörməti gündən-günə artan, hər yerdə söhbəti gedən “Talış Nicat”ı avara kimi tanımadığını bildirir. Bu fikirlərini nümayişkarənə şəkildə bəyan edir.

Çox keçmir ki, bu söhbəti “Talış Nicat”a çatdırırlar.

Nicat Lənkəraniski məsələnin mahiyyətini öyrənmək və ya dəqiqləşdirmək üçün “Pervi Ruslan”a “strelka” verir. Lakin bir müddət onların görüşü heç cür baş tutmur.



Məlumata görə, hər iki avtortetlə münasibəti yaxşı olan oğru Hacı Beyləqaniski də araya girsə də onların arasındakı buzları əridə bilmir.

Nəhayət, 2018-ci il, noyabrın 30-da İstanbulda hər iki avtoritet qarı-qarşıya gəlir. “Talış Nicat”ın cəld və peşəkar davranması nəticəsində atdığı bir neçə atəş nəticəsində “Pervi Ruslan” güllə yarası alaraq özəl klinikalardan birinə yerləşdirilir.

Hazırda hər iki kriminal avtoritet arasında gərginlik davam edir. Lotu Qulinin ölümündən sonra mövqeləri zəifləyən “Pervi Ruslan”ın kimin yanında yer aldığı məlum deyil.



“Talış Nicat”ın isə keçmiş rövşənçilər tərəfindən dəstəkləndiyi, kriminal aləmdə kifayət qədər böyük nüfuza sahib olduğu bildirilir.

İndi zaman onun - yəni Nicat Lənkəraniskinin xeyrinə işləyir. Kriminal aləmi isə bir sual düşündürür: Görəsən Nicat Lənkəraniski Rövşən Lənkəraniskinin taleyini yaşamayacaq ki?


Xəbər 3159 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +