Türkiyə qərar verdi: Gültəkin Hacıbəyli deport edilir
Ukrayna “Lukoil“un Xəzərdəki platformalarını vurdu
“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı
Yeni başçı müavini vəzifəsindən azad etdi
Hökumət aqrar sahədə və turizmdə sinifdə qaldı - İqtisadçı
Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi... - DİN-dən təşəbbüs
Deputatın oğlunun şirkəti 196 minlik tenderi uddu
Müşfiq Şahverdiyev 3 ildir övladını görə bilmir
Amnistiya kimlərə şamil olunacaq?
Ukrayna-Amerika: Danışıqların ikinci mərhələsi başlayıb


02.01.2022  18:55 

Dövlət uşaqlara nə qədər vəsait xərcləyir?





A+  A-

Azərbaycanda uşaqpulu məsələsi uzun müddətdir müzakirə mövzusu olduğunu nəzərə alaraq bir vacib məqamı yazmağa ehtuyac duyuram.

Azərbaycan hökuməti hər il uşaqların sosial müdafiəsinə dair ayrıca hesabat açıqlamalıdır. Həmin hesabatda uşaqların sosial müdafiəsilə bağlı həyata keçirilən bütün tədbir, təşəbbüs və proqramlar, onlara sərf edilən maliyyə vəsaitləri barədə detallı məlumatlar yer almalıdır. Hər bir bölgə üzrə xərclənən vəsaitlər, onların əhatə etdiyi uşaqların sayı barədə informasiyalar olmalıdır. Eləcə də həm ölkə, həm də bölgələr üzrə uşaq yoxsulluğu ölçülməli və hesabat daxil edilməlidir.

Əlimdə olan mənbələr üzrə Azərbaycanda hökumətin uşaqların sosial müdafiəsilə bağlı xərcləmələrini araşdırmağa çalışdım. Əgər diqqətimdən qaçan, yaxud informasiyalara tam çıxışım olmaması səbəbindən hansısa məqam kənarda qalmış olsa, Sosial Müdafiə Nazirliyinin dostluğumda olan əməkdaşları əlavə edə bilərlər:

1. Ünvanlı sosial yardımların 54%-ə qədəri uşaqlara çatır - təxminən 135 mln. manat;

2. 18 yaşadək əlilliyi olan uşaqlara aylıq müavinətlər - 123 mln. manat;

3. Ailə başçısıı itirməyə görə ödənən aylıq müavinətlər - 45 mln. manat;

4. Uşağın anadan olmasına görə müavinətlər - 16 mln. manat;

5. Bəzi qruplardan olan ailələrdə (məsələn, hərbi qulluqçuların, şəhidlərin övladları) uşaqlarına müavinətlər - 12 mln. manat;

5. 5-dən çox uşağa görə ailələrə müavinətlər - 6 mln. manat.

Bunun cəmisi edir 337 mln. manat.

Rəqəm azdır ya çox?

Bunun üçün bircə müqayisə təqdim edəcəm:

Avropa ölkələrində uşaqların sosial müdafiəsi ilə bağlı xərclərin ÜDM-də payı orta hesabla 2.5% ətrafındadır. Ayrı-ayrı ölkələrdə daha yüksəkdir. Məsələn, Fransada 4%-ə yaxın.

Azərbaycanda 0.4%-dir.

Bu o deməkdir ki, hər 1000 avro milli gəlirin Avropada hər 20-25 (Fransada 40) avrosu, Azərbaycanda isə hər 1000 manat milli gəlirin cəmi 4 manatı bilavasitə uşaqların sosial müdafiəsinə xərclənir.

Rövşən Ağayev

Xəbər 3084 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?

15.12.2025  13:43 

Bu yollar buz bağlayacaq - HAVA

15.12.2025  11:32 

FSB 10 rusiyalını saxladı


BÜTÜN XƏBƏRLƏR +