Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


27.11.2021  21:28 

Şəriət nədir?





A+  A-

Şəriət İslam hüququnun əsasını təşkil edən qaydalar və adətlər sistemidir. Bu, müsəlmanların Müqəddəs Kitabına, Qurana və hədislərə, həmçinin Məhəmməd Peyğəmbərin həyat və kəlamlarını əks etdirən Sünnə adlandırılan mətnlər toplusuna əsaslanır.

Şəriət ərəb sözüdür, "doğru yol" və ya "su yolu" kimi tərcümə olunur, Ərəb Səhrasındakı həyat kontekstində savab yol anlamına gələ bilər. Bəlkə də buna görə bu sözdən yalnız müsəlmanlar deyil, həm də xristian ərəblər, eləcə də zərdüştilər istifadə edirdilər.

Şəriət - qanunlar toplusu deyil, lakin hər bir müsəlmanın həyatını, o cümlədən namaz, oruc, həcc qaydalarını, habelə qonşularla və bütövlükdə dünya ilə qarşılıqlı münasibətləri müəyyən edən təlimatlar kompleksidir. İdeal olaraq, onun məqsədi iman və xeyriyyəçilik, nikah və ailə münasibətləri, işguzar əlaqələr və varislik mübahisələri daxil, müsəlmana həyatının hər bir aspektini əməli-saleh etməyin yolunu anlatmaqdır.

Bu müqəddəs ayinlər əsasında hökm vermək mümkün olmadığı halda İslam hüquqşünasları müəyyən məsələ ilə bağlı bəzən fətva şəklində ifadə edilmiş tövsiyə və ya qərar verə bilərlər.

Glasgow Universitetinin İslam Araşdırmaları professoru Mona Siddiki bildirib ki, "surələr [Quranda] ailədə düzgün davranmağın qaydasını, uşaqları necə tərbiyə etməli, uşaqların öz valideynləri ilə necə davranmalı olduqlarını göstərir. Bu surələrin çoxu İslam qanunvericiliyinin əsasını təşkil edib," - professor Siddiki bildirir.

Məsələn, həmkarları işdən sonra bir müsəlmanı "pub"a (spirtli içki içilən məkan) getməyə dəvət edirsə, həmin müsəlman belə hallarla bağlı tövsiyə almaq üçün ilahiyyatçıdan məsləhət istəyə bilər.

Eyni şəkildə, şəriət müsəlmanlar üçün ailə hüququnu, maliyyə və biznes əlaqələrini müəyyənləşdirir.

Şəriət şərhlərə nə qədər açıqdır?

İslam hüququnun beş əsas məktəbi var. Onların dördü sünni təmayüllüdür: hənbəli, maliki, şəfi və hənəfi və biri də şiə məzhəbli olan cəfəri.Sünnilik və şiəlik İslamın Məhəmməd Peyğəmbərin ölümündən sonra ortaya çıxan iki ən böyük qoludur.



Onların tərəfdarlarının müsəlman ümmətinin başında kimin dayanmalı olması məsələsinə baxışları fərqlidir. Sünnilər dünyada daha çoxdur - onlar Səudiyyə Ərəbistanı, Pakistan, Türkiyə kimi ölkələrdə yaşayırlar. Şiələr, əsasən, İranda, Azərbaycanda və İraqda yaşayırlar.Şəriət məktəbləri arasındakı fərq özünü şəriət qanunlarının əsaslandığı mətn və təlimatların necə yozulduğunda özünü göstərir.Hənbəli ən ortodoksal məktəb sayılır: Səudiyyə Ərəbistanında məhz ona əməl olunur. Hənəfinin daha liberal olduğunu deyirlər, bu cərəyan Misir, Pakistan, Türkiyədə üstünlük təşkil edir. Daha mühafizəkar formatda olsa da, Taliban da ona əməl edir.

Şəriət fərdi gigiyena qaydalarını da əhatə edir

Şəriət qanunu ilahidir, ancaq insanlar tərəfindən təfsir olunur. London şərqşünaslıq məktəbinin ərəb dili professoru Hugh N Kennedy-nin sözlərinə görə, hakim (kadi) cəza verir. Beləliklə, kadi Şəriət qanununa özünün təfsiri və anlayışına əsaslanaraq hökm çıxarır."Şəriət yaxşı işlər görməyi tələb edir və şəri qadağan edir, bu, siyasi hərəkatın necə qavranılmasından asılı olaraq, demokratik hüquqlara uyğun ola və ya olmaya da bilər, amma şəriətə əməl etməyə çağırış müsəlman dünyasında mütləq istənilən siyasi proqramın əsasını təşkil edir," - İngiltərənin Exeter Universitetinin ərəbşünas, professor Robert Gleave şəriətə dair özünün izahatında yazır.

Ancaq şəriətin təfsiri və tətbiqinə təsir edən daha bir amil var. Bu, tayfa qaydalarıdır, Madrid Muxtar Universitetinin Şərq və Ərəb mədəniyyəti departamentinin direktoru Gutierrez de Teran izah edir."Talibanın tətbiq etdiyi Şəriət puştunların patriarxal qəbilə qaydalarına əsaslanır, ona görə də qadının tutduğu yer də çox aşağıdadır," - o vurğulayır.

İslam dünyasında aşırı mühafizəkar rejimlər çox vaxt şəriəti öz siyasi ehtiyaclarına uyğun təfsir edirlər. Məsələn, 1979-cu il İslam inqilabından sonra İranda hakimiyyətə gəlmiş teokratik rejim şəriət qaydalarını öz siyasi gündəliyinə uyğun dəyişərək, qızlar üçün evlənməyə razılıq yaşını 13-dək endirmiş, onlara universitetlərə getməyə qadağa qoymuş və hicab geyinməyə məcbur etmişdir.

Hansı ölkələrdə Şəriət tanınır?

Bir çox ölkələrdə, əsasən Yaxın Şərq və Şimali Afrikada şəriət ailə hüququnda tətbiq olunur: boşanma məsələlərində, varislik mübahisələrində, valideynlik hüquqlarının müəyyənləşdirilməsi və himayəçilik kimi məsələlərdə.



Bəzi ölkələrdə şəriətdən, həmçinin cinayət qanunvericiliyi sistemində də istifadə olunur:

Pakistan
Əfqanıstan
İran
Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər ölkələri
İraq
Yəmən
Mavritaniya
Bruney
Somali

Britaniyada vəziyyət necədir?

Böyük Britaniya dünyəvi dövlətdir, amma müsəlmanlara şəriət qaydalarına riayət etmək icazə verilir, əgər bu qaydalar ölkə qanunlarını pozmursa.

Burada "şəriət məhkəmələri" var (onları şəriət şuraları da adlandırırlar), düzdür, onlar ictimai əsasda fəaliyyət göstərir və yalnız nikah problemlərinin həllində (müsəlman nikahlarının və boşanmalarının qeydiyyatı) və yerli müsəlmanlara şəxsi həyata dair tövsiyələr verilərkən istifadə olunur.

Birinci şəriət surası Britaniyada 1982-ci ildə yaradılıb və 40 il ərzində onların sayı yeni məscidlərin və islam xeyriyyə mərkəzlərinin yaranması ilə artıb. Müxtəlif hesablamalara görə, Britaniyada 30-dan 80-ə qədər şəriət şurası fəaliyyət göstərir.

Onların qərarının hüquqi qüvvəsi olmasa da, şəriət şuralarının fəaliyyətinin Britaniya qanunvericiliyinə zidd ola biləcəyi ilə bağlı narahatlıq 2019-cu ildə parlamentdə müzakirəyə səbəb olub.

Rusiyada şəriət məhkəməsi varmı?

Şimali Qafqazda şəriət hüququ İslamın yayıldığı vaxtdan bu günə qədər tətbiq olunmaqdadır. Çeçenistanda, məsələn, nikahlar, boşanmalar, mülkiyyətin bölünməsi hətta sovet dövründə də şəriət qaydalarına uyğun həyata keçirilib.

Rəsmi olaraq, şəriət Qafqaza 90-cı illərin sonunda gəlib - Çeçenistanda iki müharibə arasında. 1997-ci ildə bütün dünyəvi məhkəmələr ləğv edildi, Şəriət Dövlət Təhlükəsizliyi Nazirliyi yaradıldı.

1999-cu ildə Rusiya qoşunları yeridiləndən sonra, Çeçenistanda şəriət hüququ rəsmi olaraq qüvvədən düşdü, lakin qeyri-rəsmi sürətdə hələ də məişət məsələlərinin həllində tətbiq olunur. Şimali Qafqazda müsəlman ailələrində nikah və boşanmalar yalnız şəriətə uyğun qaydada həyata keçirildiyi halda kamil hesab olunur.

ZAQS-a (vətəndaşlıq vəziyyəti aktları şöbəsi) gənclər, bir qayda olaraq, uşağı qeydiyyatdan keçirmək və uşaq pulunu almaq üçün müraciət edirlər. Sovet dövründə olduğu kimi, şəriət əsasında insanlar boşanırlar, mübahisəli əmlak, vərəsəlik və digər məsələləri həll edirlər.

Şəriətdə orta əsr dövründən qalma cəzalar tətbiq olunurmu?

Şəriətdə, ən azı, nəzəri olaraq, ictimai yerdə qamçılama, daşlama və əl-ayağın kəsilməsi kimi fiziki cəza növləri nəzərdə tutulur.




Cəzanın ciddiliyi iki geniş kateqoriyadan birinə aid edilə bilər: bu zaman törədilmiş cinayətin ağırlığına uyğun cəza müəyyən edilir.

"Hədd" - bu kateqoriyaya ciddi cinayətlər aid edilir və cinayətin ağırlığına uyğun cəza seçilir. Məsələn, bura bəzi oğurluq halları aid edilir və cəza kimi oğrluq törədənin əlinin kəsilməsi nəzərdə tutulur."

"Təzir" - bu kateqoriyaya isə daha yüngül cinayətlər aid edilir, bu zaman cəza növünü hakim özü müəyyənləşdirir.

Lakin törədilmiş cinayəti "hədd" kateqoriyasına aid etmək üçün ciddi sübut-dəlil təqdim olunmalıdır.

Bu barədə professor Robert Qleave BBC-yə bunları deyib: "Yadda saxlamaq lazımdır ki, Quranda, hüquqi (İslam) ədəbiyyatında ağır cəzaların verilməsi son dərəcədə ciddi sübut bazasının olmasını tələb edir. Misal üçün, ailəli bir şəxsin zinaya görə cəzası daşqalaq edilib ölməsidir... Ancaq belə bir cəzanın tətbiqi üçün həmin adamın zina etməsinin dörd şahidi olmalıdır. Bu isə çox nadir bir vəziyyətdir".

"Hətta müasir dövrdə belə, buna nail olmaq mümkün deyil, - ABŞ-ın İndiana ştatı Universitetinin İslam araşdırmaları professoru Əsmə Əfşaruddin 2017-ci ildə dərc etdiyi məqaləsində bildirib. - Ona görə də təəccüblü deyil ki, bu cəza növü, demək olar ki, heç vaxt tətbiq olunmayıb".

"Mən İslam tarixini öyrəndiyim bütün vaxt ərzində hər hansı bir zinaya görə kiminsə daşqalaq ediliyi barədə heç bir tarixi mətn aşkar etmədim. Bəlkə də kifayət qədər mənbə öyrənməmişəm. Amma hələ ki, bu belədir,"- London şərqşünaslıq məktəbinin professoru Hugh Kennedy BBC-yə müsahibəsində deyib.

Bəs onda görəsən, BMT-nin qadağan etdiyi bu cəzalar bəzi müsəlman ölkələrində, məsələn, Pakistanda və ya Nigeriyada niyə hələ də tətbiq oluna bilər?

Professor Əfşaruddin hesab edir ki, bu cür hökmləri çıxaran şəriət məhkəmələri ya şəriət qaydalarına əməl etməyib və ya aşırı mühafizəkar möminlərin dəstəyini qazanmaq istəyən siyasətçilərin təsiri altında olublar.

Sorğulara görə, müsəlmanların şəriət məhkəmələrinin qəddar hökmlərinə münasibəti ölkədən ölkəyə ciddi şəkildə fərqlənir. Və belə cəzalar heç də İslam ölkələrinin hamısında şəriət məhkəmələri tərəfindən tətbiq edilmir.

Amma 1996-2001-ci illərdə Talibanın Əfqanıstanda hakimiyyəti dövründə daşqalaq edilmə də daxil, bu cür cəzaları tətbiq etməsi ilə bağlı məlumatlar yayılırdı. Ona görə də Talibanın Əfqanıstana indiki qayıdışı dünyada, xüsusilə əfqan qadınlarının vəziyyəti ilə bağlı narahatlıq doğurur.

Şəriət qadınlara əslində nəyi qadağan edir?

Quran kişi və qadınları tamamilə bərabər sayır, Əsmə Əfşaruddin xatırladır. Qadınlara Quranla verilən bir çox hüquqlar zamanında inqilabi olub: onlara kişilərlə bərabər bilik əldə etmək imkanı verilirdi, qadın ərini seçə bilərdi, (cehiz ona qalmaqla) ərindən qalan mülkə varislik hüququna malik idi və müəyyən şərtlər daxilində ərindən boşanma prosesinə başlaya bilərdi.

Ananın həyatı təhlükə altında olduğu təqdirdə İslam ilahiyyatçıları üç ayına qədər hamiləliyi dayandırmağa (abort etməyə) icazə verirdilər.

Boşanmaya gəldikdə isə, Mona Siddiki xatırladır, ər boşanmaq niyyətini üç dəfə bildirməli idi, lakin bu üç bəyanat arasında müəyyən bir müddət keçməli idi, adətən, həmin müddət bir ay çəkirdi. Yəni, Quran boşanma həddində olan cütə üç ay ərzində münasibətləri bərpa etmək imkanı verirdi.

Lakin sonradan dini alimlərin əksəriyyəti müqəddəs kitabın bu hissəsini fərqli şərh etməyə başladılar: kişiyə imkan verilirdi ki, boşanma prosesinin başlanması üçün ardıcıl olaraq üç dəfə boşanmaq istədiyini təkrar etsin.

Bir çox müsəlman ölkələrində qadınların vəziyyətini çox vaxt şəriət deyil, yerli tayfaların adət-ənənələri müəyyən edir.

Daha sonralar isə şəriətdə özünə yer eləmiş müddəalar İslamı qəbul etmiş müxtəlif xalqların qəbilə adətlərinə uyğun olaraq əlavə edilənlərdir. İslamşünas alimlər hesab edirlər ki, bu gün bir çoxlarına geridə qalmış, hətta barbar qaydalar kimi görünən müddəaların kökü məhz qeyd olunan amillərlə bağlıdır. Məsələn, qadının atanın və ya kişi-himayəçinin mülkiyyəti sayılması məhz qəbilə təfəkkürünün məhsuludur. "Namus üstündə" qadını öldürmək, qadın sünnəti kimi hallar isə İslam təcrübəsinə aid deyil və şəriətdə də bunların əsası yoxdur, islamşünas alimlər qeyd edir./BBC Azərbaycan

Xəbər 1593 dəfə oxunub.




05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +