İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


15.11.2021  14:39 

Saakaşvili 45 gündür acdır: vəziyyəti pisdir





A+  A-

Gürcüstanın eks-prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili aclıq aksiyasının 45-ci günündədir. Həkimlər onun zəiflədiyini və yataqdan qalxmaqda çətinlik çəkdiyini bildirirlər.

Mixail Saakaşvili ilə vətəndaş nigahında olan, Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko keçmiş prezidentin saxlandığı Qldani həbsxanasına təcili yardım maşınının gəldiyi barədə məlumat yayıb.

Deputat Saakaşvilinin sağlıq durumunun pis olduğunu vurğulayıb.

“Empatiya” Mərkəzinin rəhbəri Mariam Cişkariani isə bildirib ki, halı pis olan Mixail Saakaşvilini tibb müəssisəsinə köçürümək üçün reanimasiya maşını gəlib.

Ona istədiyi, şəhər xəstəxanasına köçürüləcəyi bildirilib, ancaq o, cəzaçəkmə müəssisəsindən 18-ci tibb müəssisəsinə köçürülüb.

Onun sözlərinə görə, tibb müəssisəsinə enmək istəməyən Saakaşviliyə güc tətbiq edilib: “Bu, yolverilməzdir, bütün beynəlxalq standartlara və qanunvericiliyimizə əsasən, tibb işçilərinin və tibbi avadanlıqların insan sağlamlığına xidmət edən hər hansı başqa məqsədlər üçün istifadəsi qəti qadağandır. Normal ölkədə prokurorluq vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə araşdırmaya başlamalı və təcili yardım xidmətinin rəhbərliyi ifadə verməli idi”.

Mariam Cişkariani bildirib ki, tibbi maşında bir adama işgəncə verilib və bu, çox təsirlidir: “Bu, 21-ci əsrdə – Gürcüstanda baş verən vəhşilikdir”.

Gürcüstan Penitensiar Xidməti isə yaydığı bəyanatda bildirib ki, əgər Mixail Saakaşvilinin durumu onun məhkəmədə iştirakına mane olarsa, bu zaman o, iclasa uzaqdan qoşula bilər:

“Ola bilsin onun vəziyyəti məhkəməyə gəlmək üçün risklər yaradır. Bu zaman Xüsusi Penitensiar Xidmət təqsirləndirilən şəxslərin məhkəmədə uzaqdan iştirakını təmin edir”.

Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti məhbus üçün təcili yardım çağırılması barədə məlumatı təsdiqləməyib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Saakaşvilini aclıq aksiyasını dayandırmağa çağırıb, eyni zamanda, hakimiyyətin reabilitasiya prosesi də daxil olmaqla, məhbusa müvafiq tibbi yardım göstərməli olduğunu vurğulayıb.

Saakaşvili bu müraciəti nəzərə aldığını bildirib və həkimlər şurası tərəfindən seçiləcək özəl klinikaya köçürüldükdən sonra aclıq aksiyasını dərhal dayandıracağına söz verib.

Saakaşvili uzun mühacirətdən sonra oktyabrın 1-də Gürcüstana qayıdıb və daha sonra həbs olunub. O, elə həmin gündən aclıq aksiyasına başladığını bəyan edib.

Amma bir neçə gün öncə Penitensiar Xidmətin çəkdiyi videoda Saakaşvilinin həbsxananın tibb hissəsində yediyi görünür.

Saakaşvili elə həmin gün etiraz olaraq vitaminlərdən və şirədən də imtina etdiyini bildirib.

Xəbər 3017 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI


BÜTÜN XƏBƏRLƏR +