Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


07.11.2021  21:04 

O dumanlı dağlar öz tarixinin ən qürurlu çağındadır - Foto





A+  A-

Şuşa ətrafındaydıq. Axşam yerdəyişmə edirdik, səhər Daşaltıya hücum planlaşdırılmışdı.

Ətrafa qatı duman çökmüşdü, heç nə görmək olmurdu. Eynək taxan mənim üçün isə bu duman əməlli problem demək idi. Tərs kimi eynəyim də korlanmışdı. Hərəkət zamanı əsgərlərimiz Gündüz, Elvin və Cavid yolu tapmaqda mənə xeyli kömək etdilər. Faktiki olaraq onlardan tutub gedirdim. Düz cəmləşmə yerinə çatanadək.

Müharibə bitdikdən sonra da duman, demək olar ki, daimi qonağımız idi. Ay yarım ərzində Şuşaya düz beş dəfə qar yağdı. Qar əriyir, gün çıxır, amma duman faktiki olaraq "dinclik tapmırdı".

İndi o dumanlı dağlar öz tarixinin ən qürurlu çağındadır. Çünki çox yaxın bir müdrik dostumun obrazlı dediyi kimi, "Şuşanın dağlarının başı daha dumanlı deyil, Şuşa azaddır". Çünki dumanlı dağların başında dayanan qəhrəman ordumuzun məqsədi də, yolu da aydın, dumansız, tərəddüdsüzdür.

Bu şanlı ordunun qəhrəmanları tarixə Zəfər Günü kimi möhtəşəm bir gün yazıblar. Bu tarixin bir parçası olmaq böyük şərəf və qürurdur!

Başda hərbçi qardaşlarım olmaqla hamının bu qürur bayramını - Zəfər Gününü təbrik edirəm!

Ölkəmiz bir də müharibə görməsin! Allah şəhidlərimizə rəhmət eləsin!





Araz Ağayev
Müharibə iştirakçısı




Xəbər 6172 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +