İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


18.04.2023  19:27 

Naxçıvanda aparılan struktur dəyişiklikləri islahatdırmı?





A+  A-

Məndən islahat deyəndə nəyi nəzərdə tutduğumu soruşurlar. Mən də bu barədə fikirlərimi açıqlayıram.

Bildiyimiz kimi, islahat ərəbcə bir kəlmədir. Sələhə kökündən gəlir. Bir şeyi düzəltmək, əlverişli, faydalı hala gətirmək deməkdir. Məsələn, əməli düz olan adama əməli-saleh deyirik. Yaxud birinin tərbiyyə edilməsi islah olunmaq adlanır. İsahat da əslində islah sözünə at şəkilçisinin artırılması ilə meydana gəlib. At şəkilçisinin bir çox mənaları var. Əsasən çoxluq şəkilçisi kimi bilinir, bizim dilə çevirəndə lar, lər şəkilçisini əvəz edir və bu baxımdan həm də sözün kökündəki mənanın dəfələrlə icra olunduğu məkan kimi başa düşülür. Məsələn bizdə istehsal sözü var. Yəni bir əşyanı düzəltmək, ərsəyə gətirmək mənasına gəlir. Biz ona at şəkilçis artıranda bu çevrilib olur isteshalat. Yəni çox-çox istehsal olunan yer.

Eyni məntiqlə islahat sözünə baxsaq, bu sözün mənası bir əşyanın çox-çox düzəldilməsi deməkdir.

Bəs düzəltmək nədir?

Bilirsiniz ki, bir əşyanın iki sifəti olur, mahiyyəti və forması. Məsələn qızıl mahiyyətdir. Amma onun sırğa, üzük və ya bilərzik olması həmin qızılın formasını ifadə edir. Qızıl külçə halında da qızıldır. Qızılı biz islah etsək, yəni ondan nəsə bir bəzək əşyası düzətsək, onun mahiyyətini dəyişdirə bilmərik. Sadəcə, formasına toxunarıq. Külçəni əridib ondan qızıl diş, sırğa, bilərzik və sairə düzəldərik. Nə düzəltməyimizdən asılı olmayaraq, qızıl öz mahiyyətini qoruyar. O çevrilib gümüş və ya mis olmaz.

Eynilə siyasi nəsnələr də elədir. Deyək ki, bir idarəetmə sistemində islahat aparırıq. Təbii ki, biz onun mahiyyətini dəyişirə bilmərik. Mahiyyət dəyişsə bu, inqilab olar. İslahat isə həmin idarəetmə sisteminin işləyiş tərzini yaxşılaşdırmağı nəzərdə tutur. Başqa sözlə, biz köhnə sistemi daha mükəmməl isləyiş şəklinə sala bilərik.

Bir bürokratik aparatda islahat aparılması onun bəzi artıq hissələrini ortadan qaldırmaqla, loru dillə desək, sünnətləməklə mümkündür. Bu mənada eyni funksiyanı və ya bir funksiyanın iki müxtəlif işləyiş formasını yerin yetirən istənilən aparatın bu iki təyinatını birləşdirib bir aqreqat halına gətirmək də islahatdır. Və onun cəmiyyətə də faydası var. Ən azı ona görə ki, istənilən bürokratik aparatın pillələri artıqca korrupsiyanın həcmi də böyüyür. Onu azaltmaq, artıq yerlərini budamaq iş dünyasının önünü açır, daha rahat işləmək keyfiyyəti qazandırır. Bu mənada Naxçıvanda və Azərbaycanın digər rayonlarında, o cümlədən paytaxtda aparılan struktur dəyişiklikləri də bir islahatdır. Əlverişlidirmi, əlverişsizdirmi, bizi arzu olunan hədəfə aparırmı, bu başqa söhbətin mövzusudur. Təbii ki, islahatlar bəzən əks nəticədə verir və heç kim, o cümlədən də mən bunu istisna edə bilmərəm.

Heydər Oğuz

Xəbər 5076 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +