Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


25.10.2021  13:46 

Nazirlikdən hamilə qadınlara xəbərdarlıq





A+  A-

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.

XezerNews.az Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, koronavirusun daha yoluxucu "delta" ştamının gündəmdə olması virusla daha ciddi mübarizə aparılmasını zəruri edir. Bundan əlavə mövsümlə əlaqədar havanın dəyişməsi də epidemiyanın daha geniş yayılması riskini artırır.

Son elmi tədqiqatların nəticələrini, bir sıra ölkələrin (ABŞ, İsrail, Belçika, İtaliya, Böyük Britaniya, Sinqapur, Yaponiya və s.) vaksinasiya təcrübəsini, ÜST-nin, CDC-nin, FDA-nın tövsiyələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası risk qrupuna daxil olan hamilə qadınları (yaşı 35-dən yuxarı olanlar, piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistem xəstəliklərindən əziyyət çəkənlər, çoxdöllük və s.) hamiləliyin 12 həftəsindən sonra mRNT Pfizer (“Comirnaty”) vaksini ilə peyvənd olunmağı tövsiyə edir .

Risk qrupuna daxil olmayan hamilə qadınlar da, hamiləliyin 12 həftəsindən sonra yazılı razılıqları əsasında mRNT Pfizer (“Comirnaty”) vaksini ilə peyvənd oluna bilərlər.

Qeyd edək ki, hamilə qadınlar peyvənd olunduqda, onların əks göstəriş sertifikatı vaksin sertifikatı ilə əvəzlənəcək.

Xəbər 3001 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +