İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


03.10.2021  12:21 

Adam əti yeyən Prezident - Fotolar





A+  A-

Bir çox dövlət başçılarının qida menyusu dietoloqlar və həkimlər tərəfindən müəyyənləşdirilir. Bəzi liderlər isə menyu seçimlərini özləri edirlər. Əksər siyasi liderlər sağlam qidaya üstünlük verirlər, mütəxəssis məsləhətlərinə əməl etməyə çalışırlar. Amma elələri də var ki, onların mətbəxində iş birinci şəxsin tamah və nəfsinə uyğun qurulur.

Dünyanın siyasi liderləri arasında ən qeyri-adi mətbəxə sahib olanlardan biri, bəlkə də elə birincisi 1966-1979-cu illərdə Mərkəzi Afrika Respublikasına rəhbərlik etmiş Jan-Badel Bokassa olub.

Bokassanın mətbəxinə aşpazdan başqa kiminsə girməsi qəti şəkildə qadağan edilib. Hətta xidmətçilərin belə mətbəxə keçməsinə icazə verilməyib. 18 arvadı, 77 uşağı olan prezidentin ailə üzvlərinin də mətbəxə müdaxiləsinə qadağa qoyulub.

Maraqlıdır, Bokassa nəyə və hansı səbəbə görə öz mətbəxində “hərbi rejim” yaradıb?

Həm prezidentliyi dövründə, həm də sonralar Bokassanın qida menyusu haqqında ağılasığmaz söhbətlər çıxıb ortalığa. Çoxları bu söhbətləri qeyri-ciddi qəbul etsə də, sonralar danışılanlar öz təsdiqini tapıb.

Bokassanın qida rasionuna hər gün adam əti əlavə olunub. Hətta o, xarici səfərlərə gedəndə də şəxsi aşpazı xüsusi qida çamadanlarında prezident üçün dondurulmuş və konservləşdirmiş adam əti götürüb. Bu çamadanların üzərində balıq və quş məhsullarının işarələri yapışdırılıb. Əslində isə daşınan qida məhsulları adam ətindən hazırlanmış xörəklər olub.



Bokassa “ət” seçimini bəzi hallarda özü edib. Məsələn, o, öz yatağına saldığı gənc xanımlarla bir gecəlik əyləncəsindən sonra, aldığı həzzi nəzərə alaraq həmin xanımın ətinin nə qədər dadlı olduğunu “hiss” edərək cəlladlarına göstəriş verib. Həmin gün prezidentin süfrəsinə cinsi əlaqədə olduğu qadının ətindən hazırlanmış təamlar düzülüb.

Bokassanın menyusunda düyü və tərəvəzlər də xüsusi yer tutub. O, hər dəfə aşpazına adam ətindən hazırlanmış xörəklərə düyü və tərəvəzlərin əlavə edilməsini göstəriş verib.

Ümumiyyətlə, Bokassa şəxsi aşpazı Filip Lengisin işindən həmişə razı qalıb. Adam ətindən hazırlanmış xörəklərə limon suyu, müxtəlif ədviyyatlar əlavə edən aşpaz prezidentin iştah zövqünü tuta bilib.
Bokassa menyusunda qızardılmış “ət”ə xüsusi yer verib. Prezident qidanı “rahat” həzm etmək üçün süfrəsindən tünd alkoqollu içkiləri əskik etməyib.

Amma sözsüz ki, adam ətinin menyuda daim yer alması Bokassanın səhhətində problemlər yaradıb. Belə problemlərdən biri Bokassanın SSRİ-yə səfəri zamanı baş qaldırıb. Prezident Moskvada olarkən mədə-bağırsağında ciddi ağrılar başlayıb. Onu təcili olaraq Kreml xəstəxanasına yerləşdiriblər. Müayinələrə Kreml məmurlarının səhhətinə cavabdehlik daşıyan Səhiyyə Nazirliyinin 4-cü idarəsinin rəisi Yevgeni Çazov da cəlb edilib. Həkimlər ilk növbədə Bokassanı nə ilə qidalandığı ilə maraqlanıblar. Çazov xidməti personaldan Afrikadan gələn qidalarla maraqlananda təəccübünü gizlədə bilməyib. Ona xüsusi qablarada olan “ət” məhsullarını göstərəndə Çazov onların mənşəyini müəyyənləşdirməkdə çətinlik çəkib və Bokassanın menyusunu özü müəyyənləşdirib.



Sovet mətbəxi Bokassanın xoşuna gəlib. Bunu nəzərə alan Kreml məmurları bir nəfər rus aşpazını Bokassaya xidmət etmək üçün Mərkəzi Afrika Respublikasına ezam ediblər. Amma cəmi bir həftədən sonra aşpaz mətbəxdə gördüyü dəhşətlərdən sonra SSRİ səfirliyinə qaçıb.

Bokassanın SSRİ-də xoşuna gələn daha bir məsələ isə Brejnevin öpüşləri olub. Öpüşə görə insanlara qiymət verən prezident səfərdən qayıtdıqdan sonra verdiyi ilk müsahibədə fikrini belə bildirib:
“Əgər öpüşdüyün insanın dodaqları sulu və titrəkdirsə, demək o, səmimi insandır. Brejnevin səmimi bir insan olmasını mən onun öpüşlərindən hiss etdim...”

Nəfsinə sahib olmayan Bokassa ölkəsinin tanınmış şəxslərinin ətinə də tamah salıb. Mərkəzi Afrika Respublikasında yeganə riyaziyyaçı alim, həmçinin ölkədə yeganə yüksək ixtisaslı stomatoloq və MAR-da ilk dəfə keçirilən gözəllik müsabiqəsinin qalibi də prezidentin ət maşınından keçib.



Hakimiyyətdən devrildikdən sonra Bokassanın iqamətgahında axtarış aparılanda soyuduculardan xeyli miqdarda adam əti aşkar edilib.

Qeyd edək ki, 1979-cu ildə Fransanın müdaxiləsi ilə Bokassa hakimiyyətdən uzaqlaşdırılıb. Məhkəmə ona ölüm cəzası versə də, sonra bu cəza ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib. 1993-cü ildə isə Bokassa azadlığa çıxmağa nail olub. Yenidən siyasətə qayıtmaq, prezident seçkilərində iştirak etmək istəsə də, Bokassanın ömrü buna imkan verməyib. O, 1996-cı ildə keçirdiyi infarktdan ölüb. /Musavat.com/

Xəbər 1910 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +