Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


21.09.2021  00:27 

Hara gedirsən Iran?!.





A+  A-

ATİŞ Azərbaycan hökumətinin talışları xalq olaraq tanımadığı və hüquqlarının pozulduğuna dair hesabat hazırlayıb. Hesabatı Meydan TV ictimailəşdirib. Bu barədə bir neçə gün öncə yazdım. Indi diqqət edirəm ki məsələni səngiməyə qoymurlar. Daha da qızışdırmaq niyyətində olanlar var. Odur ki, mövzuya bir də qayıtmaqda fayda var deyə düşünürəm.

Əslində bəlli bəyanat reallığa əsaslanmır, üstəlik talışların heç bir azadlığı pozulmur, həmçinin digər milli azlıqların. Bəs nə baş verir. Bu “hüquq yelləri” haradan, niyə əsir?

Feministlərlə alınmadı…
Cinsi azlıqlarla alınmadı…
Cənubda türklərin arasında kürd muxtariyyəti oyunu tutmadı…
Ermənistana azərbaycanlılarla mal yollamaq əməli də alınmadı…
Narkotik qaçaqçılığı da dolaşığa düşdü…
Qarabağ qayıtdı…
Ölkə içi müxalifətlə müxtəlif ittifaq cəhtləri alınmadı…
Fetö alınmadı…
Nurçular məsələsi provala uğradı…
Dini radikalizm hoqqaları keçmədi…
Vahabilər alınmadı…
Indi də milli azlıqlar məsələsinə girişiblər. ALINMAYQCAQ!
Xatırladıram, tarixən,
Qondarma Talış Muğan Respublikası alınmayıb…
Sadvalın arzuları, alınmayıb…
Şimal bölgəsində nurçu aktivliyi alınmayıb…
Muğan, Şirvan bölgələrində vahabilərin şəbəkəqurmaq cəhdləri alınmayıb…

…Və bir azərbaycanlı, bir müsəlman oğuz türkü, bu ölkədə nə edə bilirsə, bütün dini və milli azlıqlar bunu edir. Heç kim istisna deyil, hətta düşmənimiz olan qarışıq ailələrdə yaşayan azərbaycanlı erməniyə də ziyanı dəyməyib Azərbaycan dövlətinin. Yəni bu cəhd də keçməyəcək. Zatən iki yüz ildir keçmir. Azərbaycan bir şəkildə var olmağı başarır.

Mən milliyətcə talış deyiləm, amma bir azərbaycanlı kimi, doğma bildiyim, talış dostlarım var. Və bəlkə də ölkədə çoxluq təşkil edən xalqın nümayəndəsi kimi bəndənizin, yəni mənim hüquqlarım hər kəsdən artıq pozulur. Yəni Azərbaycanda insanların haqqı milli mənsubiyyətinə görə pozulur deyən hər kəs, böyük yalnışa yol verir.

İnsanların hüquqları idarəçilikdə yol verilən qüsurlardan yana pozulur və maləsəf Azərbaycan bu prosesdən kənarda deyil.

Son illərin ən böyük facilələri Tərtər, Gəncə, Tovuz hadisələri, onacan Şəki, Quba, İsmayıllı, Mingəçevirdəki etirazların minlərlə qurbanı hansı milli mənsubiyyətə malik idi? Lütfən bunu hər kəs xatırlasın və yadında saxlasın. Azərbaycanda talışın, ləzginin, türkün hüqunun ayrı tutulduğu və hansınınkindəsə pozuntular olduğu barədə hər kəs ki, hesabat hazırlayar bu, seperatçılıqdır, başqa bir şey deyildir.

* * *

…Bu arada Bakıda, başkəndin işğaldan azad edilməsi münasibəti ilə yürüş keçirildi.
…Rusiyanın Bakı buxtasına yan alan hərbi gəmisi isə “Mehtər marşı” ilə qarşılandı. Sonra da yola salındı.
...İran isə Azərbaycanla sərhəddə hərbi təlimlərə başlayıb.
Baxmayaraq Bakıdakı diplomatik nünayəndəsi Xankəndini Stepanakert, həmçinin Ermənistan ərazisi kimi sənədləşdirdiyi üçün ölkəsinə rəsmi notanı qəbul edib bu günlərdə, Iran dayanmaq istəmir. Ən maraqlısı, Iranın Azərbaycandakı səfiri, bir həftədə iki dəfə Azərbaycan Prezidentinin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyevlə müzakirələr aparmağı lazım bilib.

Beləcə tarixən və indi talış separatçılarının əli ilə başladılan təhlükəli oyunun, haradan qaynaqlandığının konturlarını yavaş-yavaş görünməkdədir.
Ancaq bu separatçılara və havadarlarına ən yaxşı cavabı elə talışlar özləri verdi. Bu günlərdə bir ili tamam olacaq 44 günlük vətən savaşında da, ondan sonra da. Odur ki, təbiidir, İranın narahatlığı bir qədər də artmış olacaq. İran artıq sürətlə Azərbaycanla qonşuluq körpülərini yandırmağa doğru irəliləyir. Çünki əzəldən məqsədi bu olub, sacədə içdə, gizlində fəaliyyət göstərib. İndi bütün kartların açıq oynandığı zamandır. Dünya yenidən düzənlənir. İran daha gizlənə bilmir. Yeri gəlmişkən, cənublu türk sürücülərdən ibarət yükdaşıyan TIR-ları Ermənistana göndərmək də həmin təhlükəli göstərilərdən biri idi. Bu aqresiya və hikkə ilə yaxşı sonlar isə mümkün olmur adətən.

Hara gedirsən Iran?!.

Jalə Mütəllimova

Xəbər 1852 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +