Quru Qoşunların komandanı o oldu
Yoluxanların sayı 300-ü keçdi
AKP nümayəndə heyəti Azərbaycana gəlir
Sabaha olan hava proqnozu
Şuşaya dəmir yolu xətti çəkiləcək
Hazırda tıxac olan yolların - Siyahısı
Bakıda güclü toz dumanı var
İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi
Qubadlının Altınca kəndindən VİDEO
Millimizin üzvü “patı”dan öldü


20.07.2021  11:46 

Jurnalistləri və fəalları izləyən casus proqramı qalmaqalı - Ölkəmiz də var





A+  A-

Bütün dünya boyu xüsusi xidmət orqanları siyasətçilərin, jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının telefonlarını izləmək üçün İsrailin NSO Group şirkətinin hazırladığı “Pegasus” adlı casus proqramından istifadə edib. Bu haqda OCCRP beynəlxalq araşdırmaçı jurnalistlər konsorsiumu bildirir.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, jurnalistlər konsorsiumunun araşdırması üzə çıxarıb ki, “Pegasus” proqramı 2016-cı ildən etibarən hüquq-mühafizə orqanlarına, xüsusi xidmət orqanlarına və hərbi nazirliklərə satılıb. İnsan haqları müdafiəçiləri bu casus proqramı vasitəsilə dünyanın 50-ə yaxın ölkəsində 50 minə qədər adamın izlənildiyini müəyyən ediblər. İzlənilən nömrələrin əksəriyyəti Azərbaycanda, Qazaxıstanda, Meksikada, Macarıstanda, Hindistanda və Birləşmiş Ərəb Əmirliklərində cəmləşib.

“NSO Group “Pegasus” proqramını onlarla ölkəyə satıb. Əvvəllər “ayfon” istifadəçisi dinləmə altına düşmək üçün telefonuna atılmış linkə basmalı idi, indi isə bu tələb olunmur. Siz ümumiyyətlə heç nə etmirsiniz, telefonunuz masanın üstündə olur, amma istənilən vaxt onu “sındıra” və casus proqramını yükləyə bilərlər”,-dinlənilən telefonlardan birinin sahibi, Toronto Universiteti nəzdində Citizen Lab təşkilatının elmi əməkdaşı Bill Marşak bildirib.

“Pegasus” Android və iOS əməliyyat sistemlərini yoluxduran proqramdır, xüsusi xidmət orqanlarına imkan verir ki, istifadəçinin bütün telefon danışıqlarını, elektron poçtunu, telefonundakı faylları izləsin, qurğusu mikrofonu və kameranı işə salsın, habelə qurğu sahibinin hərəkətlərini nəzarətdə saxlasın.

Casus proqramı “The Washington Post”un yazdığına görə, 85 fəal, 189 jurnalist, 600-dan çox siyasətçi, bir sıra hökumət üzvləri, dövlət başçıları və nazirlərin telefonlarında quraşdırılıb.

Azərbaycanda isə kimlərin telefonlarının izlənildiyini OCCRP bir gün əvvəl açıqlayıb. Jurnalist təşkilatı bildirir ki, Azərbaycandakı qurbanların siyahısı beynəlxalq insan haqları təşkilatlarından, o cümlədən “Amnesty İnternational”dan alınıb. Təşkilatın saytında telefonları dinlənilən 70-dən çox azərbaycanlı fəalın və jurnalistlərin siyahısı yerləşdirilib.

İyulun 19-da haqqin.az və virtualaz.org saytlarının redaksiyası adından bu məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edilib. DTX-nin yüksək rütbəli şəxsləri bu məlumatı qəti şəkildə təkzib ediblər və onu “təxribat” adlandırıblar. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna isə DTX-da belə deyiblər: “Əgər Azərbaycan xüsusi xidmət orqanları bu casus proqramının köməyi ilə telefonları izləyə bilirdisə nəyə görə izlənilənlər arasında Azərbaycanın həmin dövrdə müharibə apardığı Ermənistanın dövlət orqanlarının və hökumət üzvlərinin telefonları yoxdur?”.

Doğrudan da, 2020-ci ilin iyulundan Azərbaycan Ermənistanla fəal döyüş əməliyyatları aparırdı. O zaman nədən Azərbaycan xüsusi xidmət orqanlarının izlədiyi şəxslər arasında erməni siyasətçiləri də yoxdur?

OCCRP tərəfindən açıqlanan siyahıda erməni siyasətçilərinin və hərbi xadimlərinin adları yer almır. Hərçənd həmin siyahıda Fransada yaşayan müxalif jurnalist Qənimət Zahidin və Almaniyada yaşayan hərbi ekspert Cəsur Sümərinlinin adları yer alır. Belə çıxır ki, “Pegasus”un köməyi ilə hətta Azərbaycanda oturub Fransada və Almaniyada “qacetləri” izləmək olar, amma Yerevanda yox? Bu baxımdan siyahıda Ermənistandan heç kimin olmaması Azərbaycana dair siyahının etibarlılığını azalda bilər.

Xəbər 531 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.07.2021  21:46 

Quru Qoşunların komandanı o oldu

23.07.2021  18:42 

Yoluxanların sayı 300-ü keçdi

23.07.2021  13:57 

Sabaha olan hava proqnozu

23.07.2021  09:58 

Bakıda güclü toz dumanı var


BÜTÜN XƏBƏRLƏR +